Otlaq sahələri əkin üçün istifadə edilə bilərmi?
02 Fevral 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1057
27.01.2020, 15:13
Yadıma gəlir bir neçə il əvvəl biz Türkiyədəki, Gürcüstandakı turizm sektorunun inkişafına həsəd aparardıq. Xüsusən də Gürcüstanın qısa müddətdə Batumi və bir neçə şəhərlərini kurort zonasına çevirmələrinə sözün yaxşı mənasında paxıllıq edərdik.
Amma zaman gəldi Azərbaycana həm Yaxın Şərq ölkələrindən, həm Avropadan kütləvi turist axını başladı. Təbii ki, bütün bunlarda Bakıda “Eurovison” musiqi müsabiqəsinin final gecəsinin, Avropa Oyunları və Formula 1 yarışlarının keçirilməsinin böyük rolu olub. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3170,4 min nəfər və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 29,4 faizi Rusiya, 22,9 faizi Gürcüstan, 10,0 faizi Türkiyə, 8,1 faizi İran, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, 1,9 faizi Ukrayna, hər birindən 1,6 faiz olmaqla Türkmənistan və İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan, Pakistan və İsrail, 1,2 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Amma mənim fikrimcə, biz hələ də turizmin inkişafı ilə bağlı tam hədəfə çata bilməmişik. Nəzərə alsaq ki, Azərbaycanda turizm sektorunun inkişafı üçün böyük potensial var, deməli ölkəmizə gələn tursit axınını daha da artırmaq olar. Azərbaycandakı turizmin inkişafını elə həddə gətirib çıxarmaq olar ki, ölkəmizdə bu sektor sıradan bir iş halına gəlsin. Yəni bölgələrdə ailələr həm turizmlə məşğul olsun, həm pul qazansın, həm də Azərbaycanı tanıtsınlar. Bunun üçün İsmayıllıda, Masallıda, Lənkəranda, Naxçıvanda və mənim hazırda xatırlamadığım bir çox bölgələrdə yaxşı imkanlar var. Axı Azərbaycan tək Bakı və Qəbələdən ibarət deyil. Sadaladığım sözügedən bölgələrdə turizmi inkişaf etdirməklə insanların məşğullğunu artırmaq, o cümlədən onların sosial durumunu da normallaşdırmaq olar. Mənim qeyd etdiyim bu qayda artıq Yunanıstan, İspaniya və turizm ölkələri kimi ad çıxaran bir çox dövlətlərdə mövcuddur. Məsələn çox geniş təbii ehtiyatları olmayan Yunanıstan bölgələrində əhalinin normal yaşayış şəraitini belə formalaşdırır.
Həmçinin oxuyun
Artıq qonşu Gürcüstanda bu cür siyasətlə regionda turizm ölkəsi kimi ad çıxarıb. Gürcüstanın bir çox bölgələrində əhalinin dolanışıq yeri məhz turizmdən qaynaqlanır. Evini hostel kimi düzəldib turistlərə verən kim, həyətində restoran açıb işlədən kim, bələdçilik edərək qazanan kim.
Artıq Azərbaycan Dövlət Turizm Agentliyi və ölkədəki turmzlə məşğul olan qurumlar bu istiqamətdə ciddi işlər görməyə başlayıb. Və ümid edirəm ki, ən yaxın gələcəkdə regionda tək turizm sektorunda Gürcüstandan geri qalan Azərbaycan bu sahədə də bölgənin lideri olacaq!
23:44 / 02 Fevral 2026
63
23:39 / 02 Fevral 2026
58
23:34 / 02 Fevral 2026
64
23:29 / 02 Fevral 2026
72
23:21 / 02 Fevral 2026
63
23:08 / 02 Fevral 2026
383
22:58 / 02 Fevral 2026
98
22:53 / 02 Fevral 2026
411
22:41 / 02 Fevral 2026
70
22:38 / 02 Fevral 2026
64
22:33 / 02 Fevral 2026
64
22:27 / 02 Fevral 2026
1028
22:21 / 02 Fevral 2026
98
22:05 / 02 Fevral 2026
529
21:40 / 02 Fevral 2026
829
21:34 / 02 Fevral 2026
250
21:21 / 02 Fevral 2026
479
21:09 / 02 Fevral 2026
199
21:05 / 02 Fevral 2026
634
20:58 / 02 Fevral 2026
82
20:54 / 02 Fevral 2026
99
20:53 / 02 Fevral 2026
93
20:51 / 02 Fevral 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.