9 ayda mayor rütbəsindən generala qalxdı
29 Yanvar 2026, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
637
29.12.2019, 20:04
Təhsil naziri Ceyhun Bayramov "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi barədə əmr verib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, əmr Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə əməkdaşlıq çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunması üçün həyata keçirilən "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin icrasının ümumi orta təhsil səviyyəsi üzrə davamlılığını təmin etmək məqsədilə verilir.
Əmrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə pilot təhsil müəssisələrində - Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli tam orta məktəb və Sabunçu rayonu 252 nömrəli məktəb-liseydə "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığını təmin etmək, inklüziv təhsilin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı təkliflərini təqdim etməyi tapşırıb.
Həmçinin oxuyun
Əmrdə qeyd edilib ki, Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların pilot təhsil müəssisələrinə göndərilməsi, pilot təhsil müəssisələrində xüsusi təhsil ehtiyaclı hər 5 şagirdə 1 defektoloq-loqoped müəllim tərəfindən loqopedik xidmətin göstərilməsi təmin edilsin.
Əsaslı Tikinti və Təchizat İdarəsinə pilot təhsil müəssisələrinin inklüziv siniflərinin təlim resursları, zəruri avadanlıqlarla təmin edilməsi və infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssər olması ilə bağlı tədbirlərin görülməsi tapşırılıb.
21:53 / 29 Yanvar 2026
12
21:50 / 29 Yanvar 2026
16
21:47 / 29 Yanvar 2026
50
21:39 / 29 Yanvar 2026
39
21:20 / 29 Yanvar 2026
38
21:15 / 29 Yanvar 2026
47
21:15 / 29 Yanvar 2026
107
21:12 / 29 Yanvar 2026
42
21:10 / 29 Yanvar 2026
55
21:05 / 29 Yanvar 2026
42
21:04 / 29 Yanvar 2026
224
20:59 / 29 Yanvar 2026
24
20:55 / 29 Yanvar 2026
196
20:50 / 29 Yanvar 2026
35
20:28 / 29 Yanvar 2026
704
20:25 / 29 Yanvar 2026
89
20:08 / 29 Yanvar 2026
398
19:52 / 29 Yanvar 2026
106
19:51 / 29 Yanvar 2026
147
19:48 / 29 Yanvar 2026
284
19:40 / 29 Yanvar 2026
483
19:36 / 29 Yanvar 2026
66
19:29 / 29 Yanvar 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.