Usta işlədiyi evdə dəm qazından ölüb
29 Yanvar 2026, 13:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
743
26.12.2019, 22:23
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Oxu24.com -un məlumatına görə, sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan şəhərində və muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə qərara alıram:
1. 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində icbari tibbi sığorta tətbiq edilsin.
- Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına;
- Naxçıvan Muxtar Respublika Xəstəxanasına;
- Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasına;
Həmçinin oxuyun
- Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinə;
- Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə publik hüquqi şəxs statusu verilsin və işçilərinin aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamda nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini təsdiq etsin və 2020-ci il yanvarın 1-dən fəaliyyətlərini təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər".
13:18 / 29 Yanvar 2026
22
13:14 / 29 Yanvar 2026
44
13:11 / 29 Yanvar 2026
44
13:07 / 29 Yanvar 2026
29
13:03 / 29 Yanvar 2026
128
12:47 / 29 Yanvar 2026
29
12:33 / 29 Yanvar 2026
407
12:15 / 29 Yanvar 2026
262
12:04 / 29 Yanvar 2026
89
11:49 / 29 Yanvar 2026
919
11:44 / 29 Yanvar 2026
47
11:21 / 29 Yanvar 2026
461
11:05 / 29 Yanvar 2026
603
11:04 / 29 Yanvar 2026
92
10:43 / 29 Yanvar 2026
88
10:32 / 29 Yanvar 2026
325
10:24 / 29 Yanvar 2026
68
10:23 / 29 Yanvar 2026
61
10:09 / 29 Yanvar 2026
270
10:03 / 29 Yanvar 2026
80
09:36 / 29 Yanvar 2026
126
09:35 / 29 Yanvar 2026
125
08:33 / 29 Yanvar 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.