Generalla bağlı yeni ƏMR İMZALANDI
29 Yanvar 2026, 11:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
663
26.12.2019, 18:21
Populyar smartfonların təhlükəsizliyini qiymətləndirən “FeganScott” hüquq şirkəti bir sıra “iPhone” və “Samsung” modellərinin insan sağlamlığı üçün təhlükəsiz elektromaqnit şüalanması səviyyəsini üstələməsini müəyyənləşdirib.
İnterAz “ICTnews”a istinadən xəbər verir ki, testlər ABŞ Federal Rabitə Komissiyasının (FCC) sertifikatlaşdırdığı müstəqil laboratoriyalar tərəfindən aparılıb. Ən təhlükəli qurğular siyahısında “iPhone 7 Plus”, “8”, “XR”, “Samsung Galaxy S8”, “S9” və “S10” modelləri yer alıb. Məsələn, “Samsung Galaxy S8” limiti üç dəfə, “iPhone 8” isə beş dəfə üstələyib.
“FeganScott” nümayəndəsi bildirib ki, smartfon istehsalçıları qurğuların mümkün şüalanma səviyyəsi 500 faizdən çox olduğu halda məhsula görə məsuliyyət daşımalıdırlar. Xüsusilə hüquq şirkəti tələb edir ki, “Apple” və “Samsung” smartfondan zərərçəkənlərin müalicə xərclərini ödəsin.
Həmçinin oxuyun
Sınaqların nəticələri dərc edildikdən sonra “FCC” nümayəndəsi “Bloomberg” agentliyinə komissiya tərəfindən sertifikatlaşdırılan bütün qurğuların təhlükəsiz olmasını qeyd edib. “FeganScott” nümayəndəsinin sözlərinə görə, “FCC” testləri smartfonlardan istifadə üzrə real nümunələr barədə az təsəvvürə malik olan laboratoriya şəraitində keçirilir.
“Apple” və “Samsung” qurğularının şüalanma səviyyəsinin yüksək olmasına ilk dəfə “The Chicago Tribune” diqqət yetirib. Avqustda nəşr smartfonların testini dərc edərək qurğuların mümkün radiotezlik şüalanması normasını bir neçə dəfə üstələməsini açıqlayıb. Məqaləyə reaksiya verən “Apple” bəyan edib ki, ABŞ-da satılan “iPhone” modelləri “FCC” tərəfindən sertifikatlaşdırılıb və sağlamlıq üçün təhlükəsizdir.
11:49 / 29 Yanvar 2026
67
11:44 / 29 Yanvar 2026
17
11:21 / 29 Yanvar 2026
200
11:05 / 29 Yanvar 2026
333
11:04 / 29 Yanvar 2026
51
10:43 / 29 Yanvar 2026
60
10:32 / 29 Yanvar 2026
216
10:24 / 29 Yanvar 2026
51
10:23 / 29 Yanvar 2026
45
10:09 / 29 Yanvar 2026
201
10:03 / 29 Yanvar 2026
62
09:36 / 29 Yanvar 2026
99
09:35 / 29 Yanvar 2026
95
08:33 / 29 Yanvar 2026
118
03:57 / 29 Yanvar 2026
163
02:14 / 29 Yanvar 2026
197
02:12 / 29 Yanvar 2026
123
02:11 / 29 Yanvar 2026
181
02:08 / 29 Yanvar 2026
737
02:06 / 29 Yanvar 2026
97
02:02 / 29 Yanvar 2026
637
01:53 / 29 Yanvar 2026
193
01:46 / 29 Yanvar 2026
177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.