Zob niyə böyüyür?
29 Yanvar 2026, 03:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
881
25.12.2019, 13:01
Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Oxu24.com xəbər verir ki, Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Dövlət başçısı ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Alavərdi Culfayevə, Yavuz Eminbəyliyə və Ramiz Hacıyevə Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədləri təqdim edib.
Həmçinin oxuyun
Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Paşa Əliyev, Tərlan Həsənov, Şahlar Mustafayev, Azər Həsənov, İqdam Ələkbərov, Tofiq Heydərov və Böyükağa Ağayev Əməkdar bədən tərbiyəsi və idman xadimi, idman səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Natiq Əliyev və Emiliya Hüseynovaya Əməkdar həkim, Rəşad Cavadova isə Əməkdar jurnalist fəxri adlarının vəsiqələri təqdim olunub.
Tədbirdə Pərviz Tağıyev, Ramiz Quliyev, Nazim Səmədov, Orxan Qəribov, Yalçın Qaralı, Şahin Mahmudov, Nadir Əzizov və Ramil Əhmədov Milli Olimpiya Komitəsi Prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.
İlham Əliyev 2019-cu ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə - Salman Əlizadə, Bəhram Mürvətov, Qərib Əliyev, Rəşad Məmmədov, Ramiz Ramizzadə, Bəhruz Salehli, Səbinə Məmmədova, Elxan Süleymanov, Səid Quliyev, Əbülfəz Məmmədov, Rəşad Əbdürrəhmanov, Vladislav Qədirov, Anar Allahverdiyev, Xanım Balacayeva, Kərim Sərdarov, Emil Həsənov, Kamil Qafarov, Ceyhun Hüseynov, Asiman Qurbanlı, Cabbar Mustafayev, Faiq Quliyev, Şahbandlu Rəcəbzadə və Səməd Qurbanova yeni mənzillərin orderlərini təqdim edib.
Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova İlham Əliyevə xatirə hədiyyələri təqdim edib
03:57 / 29 Yanvar 2026
74
02:14 / 29 Yanvar 2026
109
02:12 / 29 Yanvar 2026
81
02:11 / 29 Yanvar 2026
99
02:08 / 29 Yanvar 2026
127
02:06 / 29 Yanvar 2026
67
02:02 / 29 Yanvar 2026
368
01:53 / 29 Yanvar 2026
120
01:46 / 29 Yanvar 2026
104
01:42 / 29 Yanvar 2026
146
01:33 / 29 Yanvar 2026
96
01:30 / 29 Yanvar 2026
67
01:23 / 29 Yanvar 2026
87
01:16 / 29 Yanvar 2026
475
01:13 / 29 Yanvar 2026
90
01:09 / 29 Yanvar 2026
81
00:54 / 29 Yanvar 2026
1543
00:54 / 29 Yanvar 2026
95
00:38 / 29 Yanvar 2026
72
00:27 / 29 Yanvar 2026
134
00:24 / 29 Yanvar 2026
84
00:12 / 29 Yanvar 2026
285
00:02 / 29 Yanvar 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.