Zob niyə böyüyür?
29 Yanvar 2026, 03:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1991
25.12.2019, 12:53
"İndi bizim iqtisadi imkanlarımız da yaxşılaşır. Düzgün iqtisadi siyasət aparmaqla biz əlavə gəlirlər əldə etdik".
Bunu prezident İlham Əliyev Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimində deyib.
O, bildirib ki, bu gəlirlər, ilk növbədə, sosial problemlərin həllinə yönəldilib:
"Bu il 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşı - əhalinin təxminən 40 faizdən çoxu böyük sosial paketlə əhatə olunub. Maaşlar, pensiyalar, müavinətlər, tələbə təqaüdləri, problemli kreditlərin həll edilməsi - bütün bunlar böyük vəsait tələb edir. Biz bu işlərə milyardlarla manat vəsait yönəltmişik və çox düzgün addım atmışıq. Çünki bu, lazım idi.
Sosial təminat bizim üçün ən başlıca vəzifədir. Buna nail olmaq üçün bizim iqtisadi imkanlarımız olmalıdır. Ona görə iqtisadi inkişaf nə qədər yüksək templərlə artsa, sosial təminat da bir o qədər yaxşılaşacaq, maaşlar, pensiyalar artacaq. Ona görə bu gün ölkəmizdə aparılan islahatlar bu məqsədi güdür. İlk növbədə, sosial sahədə daha böyük nailiyyətlərə nail olmaq üçün biz iqtisadi sahədə düzgün prinsiplər əsasında işimizi qurmalıyıq. Şəffaflıq, dürüstlük, korrupsiya və rüşvətxorluqla mübarizə, iqtisadi islahatlar, struktur islahatları - bütün bunlar ölkəmizə böyük canlanma gətirir.
Həmçinin oxuyun
Builki iqtisadi göstəricilərimiz çox müsbətdir. Əldə edilmiş bütün əlavə gəlirləri biz sosial sahəyə yönəltdik. Bugünkü bu gözəl, 96 mənzildən ibarət binanın açılışı bunun bariz nümunəsidir”.
Günün təklif olunan videosu:
03:57 / 29 Yanvar 2026
74
02:14 / 29 Yanvar 2026
109
02:12 / 29 Yanvar 2026
81
02:11 / 29 Yanvar 2026
99
02:08 / 29 Yanvar 2026
127
02:06 / 29 Yanvar 2026
67
02:02 / 29 Yanvar 2026
368
01:53 / 29 Yanvar 2026
120
01:46 / 29 Yanvar 2026
104
01:42 / 29 Yanvar 2026
146
01:33 / 29 Yanvar 2026
96
01:30 / 29 Yanvar 2026
67
01:23 / 29 Yanvar 2026
87
01:16 / 29 Yanvar 2026
475
01:13 / 29 Yanvar 2026
90
01:09 / 29 Yanvar 2026
81
00:54 / 29 Yanvar 2026
1543
00:54 / 29 Yanvar 2026
95
00:38 / 29 Yanvar 2026
72
00:27 / 29 Yanvar 2026
134
00:24 / 29 Yanvar 2026
84
00:12 / 29 Yanvar 2026
285
00:02 / 29 Yanvar 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.