Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Azərbaycan bu ölkəyə nota verdi

2019/12/25/1577252246_xarici-isler.jpg

CƏMİYYƏT

732

25.12.2019, 09:34

"Bu məsələ ilə bağlı Misirin ölkəmizdəki səfiri öz müsahibəsində vəziyyətin necə olduğuna dəqiqlik gətirdi. Erməni mətbuatında yayılan xəbərdən dərhal sonra Cənubi Sinay Qubernatorlugu Azərbaycan səfirliyi ilə əlaqə saxlayaraq, görüşün əslində Ermənistan nümayəndə heyəti ilə keçirildiyini və Azərbaycanın işğal edilmiş ərazilərindəki rejimlə bağlı məsələ qaldırılarkən görüşün dərhal dayandırıldığını bildirib".

 

Oxu24.com   xəbər  verir ki, bunu  Azvision.az -a Azərbaycan  XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Qarabağdakı separatçı rejimin "XİN rəhbəri" Masis Mailyanın Misirə səfəri və Sinay yarmadasının qubernatoru ilə görüşünə dair erməni mətbuatında yayılan məlumatları şərh edərkən deyib.

XİN rəsmisinin sözlərinə görə, Sinay qubernatoru Misirin Azərbaycanın suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət etdiyini, Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu əsaslarda və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll edilməsini dəstəklədiyini və bu mövqeyin dəyişilməz qaldığını bildirib:

"Bu kimi əsassız və təxribat xarakterli məlumatlar yaymaqla Ermənistan tərəfi yalnız öz-özünü aldatmaqla məşğuldur. Məlumat üçün bildirmək istərdim ki, Azərbaycan səfirliyi bu hadisə ilə bağlı Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyinə nota ünvanlayıb".