Qaynar xətt:

(+99450) 247 90 86

Onlar 3 gün İŞLƏMƏYƏCƏK -DİQQƏT!

Onlar 3 gün İŞLƏMƏYƏCƏK -DİQQƏT!

CƏMİYYƏT

74

07.11.2026, 23:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-nin Azərbaycandakı səfirliyi gələn həftə üç gün işləməyəcəyi barədə məlumat verib.

Oxu24.com  xəbər verir ki, bu barədə məlumat diplomatik missiyanın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, səfirlik Azərbaycanın milli bayramları: 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar bağlı olacaq.

Bundan əlavə, diplomatik missiya ABŞ-nin Veteranlar Günü bayramı ilə əlaqədar noyabrın 11-də fəaliyyət göstərməyəcək.

"Səfirlik işini noyabrın 12-də bərpa edəcək. Əgər siz ABŞ vətəndaşısınızsa və bu müddət ərzində təcili yardıma ehtiyacınız varsa, zəhmət olmasa +994 12 488 33 00 nömrəsinə zəng edin", - diplomatik missiyadan bildirilib.