Tanınmış yazıçı, publisist və veteran jurnalist vəfat etdi
06 Noyabr 2026, 17:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
62
06.11.2026, 17:55
8 Noyabr - Zəfər Günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı, Şirvan, Hacıqabul, Yevlax şəhər və rayonlarında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 130 mənzil təqdim edilib.
Oxu24.com xəbər verir ki, mənzillər MİDA-nın müvafiq yaşayış komplekslərində yerləşir və tam təmirlidir.
Bakının Binəqədi rayonunda mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirib.
O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı proqramının 5 dəfə genişləndirildiyini vurğulayıb.
Qeyd edilib ki, bu gün təqdim edilən mənzillər də daxil olmaqla postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7500-dək, ümumilikdə ötən dövrdə isə 16 mindən çox mənzil təqdim edilib. Eyni zamanda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 586, ümumilikdə ötən dövrdə 7700-dən çox avtomobil verilib.
Digər bölgələrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillərin təqdim edilməsi tədbirlərində çıxış edənlər şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasının dövlətimizin uğurlu sosial siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıblar. Həmin kateqoriyalara aid vətəndaşların mənzillə təminatı tədbirlərinin də bu siyasətin əyani təzahürü olduğu qeyd edilib.
Yeni mənzillə təmin olunan şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
18:13 / 06 Noyabr 2026
32
17:46 / 06 Noyabr 2026
67
17:42 / 06 Noyabr 2026
168
17:29 / 06 Noyabr 2026
98
17:24 / 06 Noyabr 2026
456
17:13 / 06 Noyabr 2026
98
16:54 / 06 Noyabr 2026
103
16:44 / 06 Noyabr 2026
96
16:36 / 06 Noyabr 2026
113
16:22 / 06 Noyabr 2026
115
16:17 / 06 Noyabr 2026
118
16:02 / 06 Noyabr 2026
116
15:54 / 06 Noyabr 2026
122
15:50 / 06 Noyabr 2026
147
15:43 / 06 Noyabr 2026
166
15:32 / 06 Noyabr 2026
126
15:21 / 06 Noyabr 2026
142
15:14 / 06 Noyabr 2026
138
15:13 / 06 Noyabr 2026
132
15:05 / 06 Noyabr 2026
153
15:00 / 06 Noyabr 2026
967
14:58 / 06 Noyabr 2026
219
14:50 / 06 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.