26 milyard manat xərcləndi: Deputatdan bu şəxslərə ŞAD XƏBƏR
04 Noyabr 2026, 20:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
43
04.11.2026, 20:21
Məhkəmə çəkişmələrində aylarla mübarizə apararaq xeyrinizə qərar əldə etmək hələ problemin tam həlli demək deyil. Təcrübədə qarşı tərəfin məhkəmə tərəfindən müəyyən edilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması hallarına tez-tez rast gəlinir. Belə vəziyyətdə nəticə əldə etmək üçün hüquqi mexanizmlərin doğru şəkildə işlədilməsi tələb olunur. Qanunvericiliyə əsasən, məhkəmə qərarının icrası bilavasitə icra məmurlarının üzərinə düşən mühüm vəzifələrdən biridir. Lakin icra prosesinin gecikməsi və ya tələb olunan tədbirlərin görülməməsi vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarır. İcra məmurunun qanunla müəyyən edilmiş qaydada borclunun əmlakını və gəlirlərini müəyyən etməsi vacib şərtdir. Bu səbəbdən vətəndaşlar təkcə məhkəmə qərarı ilə kifayətlənməli, onun faktiki icrasını da fəal şəkildə tələb etməlidirlər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Azər İbrahimov icra məmurunun vəzifələri və vətəndaşların hüquqları barədə geniş məlumat verib.
O bildirib ki, məhkəmə qərarının icra olunmaması ilə üzləşən vətəndaşlar ilk növbədə icra məmurunun qanuni vəzifələrini və ardıcıl addımlarını bilməlidirlər:
”Birincisi, borcluya könüllü icra üçün qanunla müəyyən edilmiş müddət verilməlidir. İkincisi, borclunun əmlakını, bank hesablarını, gəlirlərini müəyyən etmək üçün müvafiq tədbirlər görülməlidir.
Üçüncüsü, qərar könüllü icra edilmədikdə qanuni əsaslarla məcburi icra tədbirləri həyata keçirilməlidir.
Dördüncüsü isə, icra hərəkətləri qanunla müəyyən edilmiş qaydada və müddətlərdə tam şəkildə yerinə yetirilməlidir”
Vəkil qeyd edib ki, əgər bu tədbirlər görülmirsə və ya ləngidilirsə, vətəndaşların səlahiyyətli qurumlara müraciət etmək hüququ var:
“Bu qeyd edilənlər edilmirsə, icra məmurunun hərəkət və ya hərəkətsizliyindən qanunla müəyyən edilmiş qaydada şikayət edə bilərsiniz. Unutmayın, məhkəmədə xeyrinizə çıxarılan qərarla kifayətlənməyin, qərarın icrasını da tələb edin".
Xülasə olaraq qeyd etmək lazımdır ki, qanunun aliliyi və ədalətin bərqərar olunması təkcə məhkəmə zalında qələbə qazanmaqla bitmir, əksinə, qəbul edilən qərarların real həyatda icra olunması ilə tam məna daşıyır. Vətəndaşlar hüquqi savadlılığını artırmalı, qarşılaşdıqları bürokratik əngəllər və ya icra məmurlarının süründürməçiliyi qarşısında passiv mövqe tutmamalıdırlar. Qanunvericilik hər bir şəxsə öz hüquqlarını müdafiə etmək, müvafiq instansiyalara şikayət ünvanlamaq və pozulmuş hüquqlarının bərpasını tələb etmək üçün kifayət qədər mexanizmlər təqdim edir.
Çimnaz Telmanqızı
20:33 / 04 Noyabr 2026
16
20:28 / 04 Noyabr 2026
41
20:26 / 04 Noyabr 2026
53
20:13 / 04 Noyabr 2026
63
20:08 / 04 Noyabr 2026
132
19:57 / 04 Noyabr 2026
90
19:55 / 04 Noyabr 2026
76
19:55 / 04 Noyabr 2026
151
19:25 / 04 Noyabr 2026
85
19:18 / 04 Noyabr 2026
3408
19:17 / 04 Noyabr 2026
64
19:00 / 04 Noyabr 2026
80
18:41 / 04 Noyabr 2026
1247
18:41 / 04 Noyabr 2026
125
18:37 / 04 Noyabr 2026
188
18:35 / 04 Noyabr 2026
154
18:35 / 04 Noyabr 2026
3415
18:27 / 04 Noyabr 2026
105
18:21 / 04 Noyabr 2026
139
18:15 / 04 Noyabr 2026
90
18:14 / 04 Noyabr 2026
111
17:40 / 04 Noyabr 2026
113
17:13 / 04 Noyabr 2026
1100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.