Qaynar xətt:

(+99450) 247 90 86

Anar Bayramov nazir gələn kimi işdən ərizə yazıb çıxan ŞƏXS KİMDİR?

Anar Bayramov nazir gələn kimi işdən ərizə yazıb çıxan ŞƏXS KİMDİR?

CƏMİYYƏT

1529

02.11.2026, 18:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb.

Oxu24.com xəbər verir  ki,bu barədə Oxu.Az-a məlumat daxil olub.

Məlumata əsasən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb.

Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatında nazirin müşaviri vəzifəsinə təyin edilib. Yeni səhiyyə naziri Anar Bayramovun təyinatından sonra isə o, vəzifəsindən ayrılmaq qərarı verib.

Qeyd edək ki, E.Səmədov Aprel döyüşləri zamanı 4 günlük müharibədə 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı keçirib və Azərbaycan Prezidenti tərəfindən Hərbi xidmətdə Fərqlənmə medalı ilə təltif edilib.