Qaynar xətt:

(+99450) 247 90 86

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

CƏMİYYƏT

111

02.11.2026, 18:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Mərkəzi Bankının (AMB) İT əməliyyatları departamentinə yeni direktor təyin edilib.

Oxu24.com  xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni əmr imzalayıb.

Bildirilib ki, təşəbbüsün əsas məqsədi cəmiyyətdə media savadlılığının artırılması, müasir informasiya mühitinə dair bilik və bacarıqların təkmilləşdirilməsi, etibarlı məzmun yaradılmasının təşviqi, eləcə də gənclərin bu sahədə peşəkar inkişafına dəstək göstərilməsidir. “Rəqəmsal Media Ayı” yeni texnologiyaların yaratdığı imkanlar barədə məlumatlılığın artırılmasına, bu imkanlardan səmərəli istifadəyə və rəqəmsal platformalarda təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə də xidmət edir.

Təşəbbüs çərçivəsində təşkil olunan təlim proqramının ilk günü rəqəmsal media trendləri, platforma alqoritmləri, şəxsi brendin formalaşdırılması və auditoriya ilə qarşılıqlı əlaqənin qurulması mövzularına həsr olunub.

Rəqəmsal marketinq və süni intellekt üzrə mütəxəssis Cəfər Nəcəfov “Rəqəmsal media trendləri və platforma alqoritmləri” mövzusunda çıxış edərək rəqəmsal platformaların fəaliyyət prinsipləri, alqoritmlərin məzmunun yayılmasına təsiri və müasir informasiya mühitində formalaşan yeni tendensiyalar barədə məlumat verib.

Kontent yaradıcısı Pərviz Sadıqov isə “Şəxsi brend və auditoriya ilə qarşılıqlı əlaqə: rəqəmsal kontent strategiyaları” mövzusunda təqdimatla çıxış edib. O, şəxsi brendin inkişaf etdirilməsi, hədəf auditoriyanın müəyyənləşdirilməsi, sosial media üçün effektiv məzmun strategiyalarının hazırlanması və auditoriya ilə davamlı kommunikasiyanın qurulması məsələlərindən bəhs edib.

Təlim proqramı mövzular ətrafında müzakirələr və sual-cavab sessiyaları ilə davam edib.

Qeyd edək ki, noyabr ayı ərzində müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramlarının, praktiki təlimlərin, seminarların, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur. Proqram çərçivəsində rəqəmsal media trendləri, sosial media platformalarının fəaliyyət prinsipləri, məzmun strategiyalarının hazırlanması, süni intellekt texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə kimi aktual mövzulara xüsusi diqqət yetiriləcək.