"Dədə Qorqud" filmindəki Alp Aruz əslində KİMDİR?
02 Noyabr 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
347
02.11.2026, 14:22
“Böyüklər arasında hansı fikir ayrılığı yaranırsa-yaransın, onun nəticəsini uşaqlar təhsildən geri qalmaqla yaşamamalıdırlar”.
Oxu24.com xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində bildirib.
“Qanunvericiliyə görə, hər bir valideyn övladının dərsə davamiyyətinə, məktəbin qaydalarına əməl etməsinə və tərbiyəsinə görə məsuliyyət daşıyır. Dərsə davamlı gəlməmək şagirdin biliyində boşluqlar yaradır, qiymətləndirilməsinə və növbəti təhsil mərhələsinə keçməsinə təsir edir. Hesab edirik ki, bu istiqamətdə maarifləndirmə işlərinə üstünlük verilməlidir”, - o əlavə edib.
F.Qurbanov qeyd edib ki, müəllimlərlə bağlı məsələyə gəldikdə isə, bu, əmək münasibətləri və qanunvericiliyi ilə tənzimlənən məsələdir: “Geyimlə bağlı müəyyən edilmiş tələblərə riayət olunması müəllimlərin peşə fəaliyyətinə və əmək intizamına, əmək müqaviləsinə dair öhdəliklərinin bir hissəsidir. İşə qəbul edilmiş şəxs əmək müqaviləsinin, daxili intizam qaydalarının və ona qanuni qaydada şamil olunan tələblərin icrasına məsuliyyət daşıyır. Üzrlü səbəb olmadan işə çıxmamaq, əmək funksiyalarını yerinə yetirməmək və ya intizam tələblərinin təkrar pozulması qəbulolunmazdır, qanunazidd hərəkət kimi dəyərləndirilir. Heç kəsə sirr deyil ki, artıq müəllimlərin böyük çoxluğu bu Qaydaların tələblərini gözləyir və tədris fəaliyyətini davam etdirir. Gözləntimiz bundan ibarətdir ki, müəllimlərimiz bu məsuliyyətli məqamda məktəb və şagirdlərinin yanında olacaqlar, vəzifə öhdəliklərini ləyaqətlə yerinə yetirəcəklər”.
00:06 / 03 Noyabr 2026
1
23:44 / 02 Noyabr 2026
46
23:39 / 02 Noyabr 2026
51
23:38 / 02 Noyabr 2026
24
23:37 / 02 Noyabr 2026
72
23:32 / 02 Noyabr 2026
64
23:28 / 02 Noyabr 2026
65
23:24 / 02 Noyabr 2026
67
23:19 / 02 Noyabr 2026
82
23:12 / 02 Noyabr 2026
76
23:05 / 02 Noyabr 2026
88
23:05 / 02 Noyabr 2026
90
22:55 / 02 Noyabr 2026
187
22:48 / 02 Noyabr 2026
180
22:44 / 02 Noyabr 2026
82
22:27 / 02 Noyabr 2026
103
22:25 / 02 Noyabr 2026
97
22:22 / 02 Noyabr 2026
86
22:18 / 02 Noyabr 2026
99
22:09 / 02 Noyabr 2026
82
22:08 / 02 Noyabr 2026
92
22:06 / 02 Noyabr 2026
210
21:43 / 02 Noyabr 2026
1984
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.