"Dədə Qorqud" filmindəki Alp Aruz əslində KİMDİR?
02 Noyabr 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
125
02.11.2026, 12:39
Bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları açıq məktubu səfirliyə təqdim ediblər.
Oxu24.com xəbər verir ki, səfirlik nümayəndələri sənədi qəbul ediblər.
QHT təmsilçiləri tezliklə Məsud Pezeşkiandan müraciətlərinə cavab alacaqlarına ümid etdiklərini vurğulayıblar.
Xatırladaq ki, İran Prezidentinə Açıq Məktubda deyilirdi: “Sizin Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və zəngin ədəbi irsinə bəslədiyiniz məhəbbət və hörmət təqdirəlayiqdir. Müxtəlif çıxışlarınızda ana dilində şeirlər səsləndirməyiniz, Azərbaycan atalar sözlərinə müraciət etməyiniz, ailə üzvlərinizlə doğma ana dilində ünsiyyət qurmağınız və bu dilə bağlılığınızı qürurla nümayiş etdirməyiniz əvəzsizdir. Bütün bunlar Sizin üçün Azərbaycan dilinin sadəcə ünsiyyət vasitəsi deyil, həm də mənəvi kimliyin, tarixi yaddaşın və milli mənsubiyyətin ayrılmaz hissəsi olduğunu göstərir. Məhz bu baxımdan inanırıq ki, ana dilinin insan həyatında daşıdığı müstəsna əhəmiyyəti qiymətləndirən bir dövlət başçısı kimi Siz İranda yaşayan milyonlarla azərbaycanlının öz doğma dilində təhsil almaq arzusuna da xüsusi həssaslıqla yanaşacaqsınız. Hesab edirik ki, İranın ictimai-siyasi, iqtisadi mədəni və digər sahələrdə həyatında həmişə mühüm rol oynayan azərbaycanlıların ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində tarixi addımlar atmağın vaxtı çatıb”.
Məktubda Azərbaycan QHT-ləri Məsud Pezeşkiana xitabla onu da vurğulayıb ki, milyonlarla insanın öz ana dilini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək imkanlarının genişləndirilməsi həm mənəvi məsuliyyət, həm də tarixi ədalət məsələsidir: “İnanırıq ki, məhz Sizin prezidentliyiniz dövründə bu istiqamətdə tarixi addımlar milyonlarla azərbaycanlının yaddaşında silinməz iz qoyacaq, həmişə minnətdarlıqla yad ediləcəkdir. Biz – Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də bu nəcib missiyanın həyata keçirilməsinə, ana dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə öz imkanlarımız daxilində hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk”.
00:06 / 03 Noyabr 2026
1
23:44 / 02 Noyabr 2026
46
23:39 / 02 Noyabr 2026
51
23:38 / 02 Noyabr 2026
24
23:37 / 02 Noyabr 2026
72
23:32 / 02 Noyabr 2026
64
23:28 / 02 Noyabr 2026
65
23:24 / 02 Noyabr 2026
67
23:19 / 02 Noyabr 2026
82
23:12 / 02 Noyabr 2026
76
23:05 / 02 Noyabr 2026
88
23:05 / 02 Noyabr 2026
90
22:55 / 02 Noyabr 2026
187
22:48 / 02 Noyabr 2026
180
22:44 / 02 Noyabr 2026
82
22:27 / 02 Noyabr 2026
103
22:25 / 02 Noyabr 2026
97
22:22 / 02 Noyabr 2026
86
22:18 / 02 Noyabr 2026
99
22:09 / 02 Noyabr 2026
82
22:08 / 02 Noyabr 2026
92
22:06 / 02 Noyabr 2026
210
21:43 / 02 Noyabr 2026
1984
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.