Bakıda növbəti əmək yarmarkası keçirilib
28 Oktyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
93
28.10.2026, 14:51
"Fəxr edirəm ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi tanınan ölkəmizin unikal təcrübəsi nümunə olaraq qəbul edilir".
Oxu24.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” adlı tədbirdə deyib.
O bildirib ki, dünyanın aparıcı dini mərkəzi – Vatikan ilə qarşılıqlı əlaqələr tarixində bu il Roma Papası XIV Leo ilə görüş xüsusi önəm kəsb edən hadisə oldu: “Dini mərkəzlərimiz arasında əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Vatikanla birgə Romada keçirdiyimiz iftar qardaşlıq süfrəsi artıq ənənəvi xarakter alıb. Forum iştirakçılarına müjdə vermək istərdim ki, Dini Liderlərin iki Ümumdünya Sammitinə ev sahibliyi etmiş Azərbaycanda gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı ilə Dini Liderlərin Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur”.
16:33 / 28 Oktyabr 2026
37
16:32 / 28 Oktyabr 2026
29
16:20 / 28 Oktyabr 2026
31
16:05 / 28 Oktyabr 2026
58
15:58 / 28 Oktyabr 2026
62
15:45 / 28 Oktyabr 2026
89
15:30 / 28 Oktyabr 2026
434
15:21 / 28 Oktyabr 2026
97
15:09 / 28 Oktyabr 2026
135
14:42 / 28 Oktyabr 2026
93
14:40 / 28 Oktyabr 2026
90
14:30 / 28 Oktyabr 2026
102
14:18 / 28 Oktyabr 2026
120
14:16 / 28 Oktyabr 2026
71
14:07 / 28 Oktyabr 2026
94
14:00 / 28 Oktyabr 2026
78
13:52 / 28 Oktyabr 2026
121
13:40 / 28 Oktyabr 2026
89
13:25 / 28 Oktyabr 2026
118
13:15 / 28 Oktyabr 2026
121
13:13 / 28 Oktyabr 2026
173
13:05 / 28 Oktyabr 2026
1563
13:05 / 28 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.