Kombi istifadə edənlərin NƏZƏRİNƏ
08 Noyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
392
18.10.2026, 15:12
Məlum olduğu kimi, Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir.
Qərarlardan da göründüyü kimi, burada söhbət Azərbaycanda hicaba qadağadan deyil, məktəblərdə təhsilalanlar və təhsilverənlər üçün geyim normalarının müəyyənləşdirilməsindən gedir.
Bunu Oxu24.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
"Ancaq təəssüflə qeyd etmək lazımdır ki, son günlər aparılan müzakirələrdə ciddi yanlışlıqlar var. Birincisi bu müzakirələrdə bütövlükdə İslam dinini hədəf almaq düzgün deyil.
İslam dini bizim bayrağımızda öz əksini tapıb. Azərbaycanlı alimlər İslam mədəniyyətinə böyük töhfələr veriblər. Nizami, Füzuli və Nəsimi İslam dinindən İlham alaraq böyük əsərlər ərsəyə gətiriblər. Bu gün Azərbaycan dünyada həm də bu tarixi şəxsiyyətlərə görə tanınır.
Eyni zamanda, biz Ulu Öndər Heydər Əliyevin İslam dini haqqında “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” müdrik kəlamını unutmamalıyıq. Ulu Öndərin hakimiyyətə qayıtdıqdan sonra ilk atdığı addımlardan biri Bibiheybət məscidinin təmiri ilə bağlı oldu. Hər birimiz Ulu Öndərin müxtəlif əlamətdar günlər münasibətilə məscidlərə gedərək çıxışlar etdiyini, insanlarla görüşdüyünü yaxşı xatırlayırıq.
Bu gün bu siyasəti Prezident İlham Əliyev də davam etdirir. Bu gün Qarabağda məscidləri tikən və təmir edirən də odur. Onun Ağdam məscidində təmir başa çatdıqdan sonra Mehriban xanımla birlikdə oranı ziyarət etməsini, Məscidə Kəbədən gətirdiyi Quranı bağışlamasını hər birimiz yaxşı xatırlayırıq.
Odur ki, əziz həmvətənlər heç kim Azərbaycanda İslama qarşı müharibə elan etməyib. İslamın fars, ərəb modeli yoxdur. Sadəcə hər bir müsəlman ölkəsinin öz dövlət-din münasibətləri modeli var. Necə ki bizim var. Siz İslam barədə bu cür hədyanlar yağdırmaqla məsələni həm də mahiyyətindən uzaqlaşdırırsınız.
Bəzilərinin Mirzə Fətəli Axundovu, Cəlil Məmmədquluzadəni misal gətirərək onların guya İslama qarşı olması iddiasına gəldikdə isə yanılırlar. Bu daha çox Sovet maşının təbliğatı idi. O kişilər o vaxt yalnız mövhümat və xürafatla mübarizə aparıblar.
Odur ki hər birimiz yazı və çıxışlarımızda çox diqqətli olmalıyıq. Cəmiyyəti birləşdirən və həmrəy edən çıxışlara üstünlük verməliyik. Əks halda bu cür çıxışlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Müqəddəs Vətən Müharibəsində əldə etdiyi birlik və həmrəyliyə xələl gətirə bilər. Hazırkı dönəmdə birlik və həmrəyliyimizi qorumaq hər şeydən vacibdir.
Ulu Tanrı Prezidentimizi, Xalqımızı, birlik və həmrəyliyimizi qorusun! İlahi Amin!",-deyə deputat bildirib.
Jalə
15:17 / 08 Noyabr 2026
1
15:13 / 08 Noyabr 2026
30
14:59 / 08 Noyabr 2026
51
14:54 / 08 Noyabr 2026
62
14:49 / 08 Noyabr 2026
87
14:44 / 08 Noyabr 2026
129
14:31 / 08 Noyabr 2026
89
13:45 / 08 Noyabr 2026
248
13:35 / 08 Noyabr 2026
520
13:21 / 08 Noyabr 2026
113
13:16 / 08 Noyabr 2026
125
13:06 / 08 Noyabr 2026
133
12:47 / 08 Noyabr 2026
339
12:46 / 08 Noyabr 2026
112
12:39 / 08 Noyabr 2026
113
12:35 / 08 Noyabr 2026
668
12:29 / 08 Noyabr 2026
142
12:28 / 08 Noyabr 2026
137
12:27 / 08 Noyabr 2026
123
12:22 / 08 Noyabr 2026
126
12:17 / 08 Noyabr 2026
125
12:16 / 08 Noyabr 2026
141
12:14 / 08 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.