“Biz 30 illik həsrəti 44 günə bitirdik!”
08 Noyabr 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3181
17.10.2026, 20:03
Bakıda sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi istiqamətində tədbirlər çərçivəsində metronun "20 Yanvar" stansiyasının ətrafında və "Şamaxinka" adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkət optimallaşdırılacaq, sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin ediləcək.
Bu barədə Oxu24.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bu məqsədlə oktyabrın 19-dan 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Sumqayıt istiqamətində "20 Yanvar" metrostansiyasının yaxınlığında, Moskva prospektindəki "14 saylı notariat ofisi"nin yanında mövcud olan dayanacaq məntəqəsindən çıxarılır.
114A və 114B nömrəli marşrutların sərnişinləri avtobuslara "20 Yanvar" metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında) mövcud olan başlanğıc dayanacaq məntəqəsində minə bilərlər. Bu marşrutların Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində növbəti dayanacaq məntəqəsi Moskva prospektində, "Şamaxinka" adlanan ərazidə ("Alov zavodu" ilə üzbəüz) təyin edilib.
500, 503 və 508 nömrəli marşrutların sərnişinləri isə metronun "20 Yanvar" stansiyasının Sumqayıt istiqamətində olan çıxışında, Moskva prospekti 6 (594 nömrəli ekspes marşrutunun mövcud dayanacağı) ünvanındakı dayanacaq məntəqəsindən istifadə edə bilərlər. Bu marşrutların Sumqayıt şəhəri istiqamətində növbəti dayanacağı "Şamaxinka" adlanan ərazidə ("Alov zavodu" ilə üzbəüz) mövcud olan məntəqədir.
Həmçinin 156, 156A və 170 nömrəli marşrutların sxemində dəyişiklik edilərək Hökməli və Binəqədi qəsəbələri istiqamətində hərəkəti Əli Tağızadə küçəsi ilə təmin ediləcək. Hər üç marşrut Moskva prospektində, "Şamaxinka" adlanan ərazidə ("Alov zavodu" ilə üzbəüz) dayanacaq məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri Əli Tağızadə küçəsindəki "2 saylı poçt filialının 134 saylı poçt şöbəsi" yaxınlığında olan dayanacaq məntəqəsindən istifadə edə bilərlər.
Şəhərin müxtəlif istiqamətlərindən "20 Yanvar" metrostansiyasına və "Şamaxinka" adlanan əraziyə gələnlər və yollarını Sumqayıt şəhəri istiqamətində davam etdirmək istəyənlər avtobuslara Moskva prospekti 6 ünvanında (metronun Sumqayıt istiqamətində olan çıxışında), yaxud "Şamaxinka"da "Alov zavodu" ilə üzbəüz məntəqədə minə bilərlər.
Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində getmək istəyənlərə isə "20 Yanvar" metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında (ADSEA binasının qarşısında), yaxud "Şamaxinka" adlanan ərazidəki ("Alov zavodu" ilə üzbəüz) dayanacaq məntəqəsindən istifadə etmək tövsiyə olunur.
Həyata keçirilən tədbirlər paytaxtın yol-nəqliyyat infrastrukturunda hərəkətin səmərəliliyinin artırılmasına, ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsinə və sərnişinlərin mənzil başına daha rahat çatdırılmasına xidmət edir.
16:25 / 08 Noyabr 2026
1
16:12 / 08 Noyabr 2026
62
16:06 / 08 Noyabr 2026
73
15:17 / 08 Noyabr 2026
121
15:13 / 08 Noyabr 2026
307
14:59 / 08 Noyabr 2026
103
14:54 / 08 Noyabr 2026
108
14:49 / 08 Noyabr 2026
118
14:44 / 08 Noyabr 2026
209
14:31 / 08 Noyabr 2026
125
13:45 / 08 Noyabr 2026
292
13:35 / 08 Noyabr 2026
686
13:21 / 08 Noyabr 2026
152
13:16 / 08 Noyabr 2026
146
13:06 / 08 Noyabr 2026
152
12:47 / 08 Noyabr 2026
634
12:46 / 08 Noyabr 2026
131
12:39 / 08 Noyabr 2026
124
12:35 / 08 Noyabr 2026
764
12:29 / 08 Noyabr 2026
159
12:28 / 08 Noyabr 2026
153
12:27 / 08 Noyabr 2026
134
12:22 / 08 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.