Qəhvənin qoxusu stressi azalda bilər
09 Noyabr 2026, 20:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
499
16.10.2026, 11:06
Azərbaycan jurnalistlərinin etik davranış qaydalarına süni intellektlə bağlı yeni prinsip əlavə olunub.
Oxu24.com xəbər verir ki, süni intellektlə bağlı yeni prinsip qəbul olunub.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, hazırda etik davranış qaydaları 5 prinsipdən ibarətdir və süni intellektlə bağlı 6-cı prinsipin hazırlanması istiqamətində iş aparılır. Yeni prinsip media subyektlərinin fəaliyyətində süni intellektdən istifadə qaydalarını müəyyənləşdirəcək.
Prinsipə əsasən, media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir. Həmin sənədlərdə süni intellektdən istifadənin məqsədləri, sərhədləri, yoxlama prosedurları və redaksiyanın məsuliyyəti aydın şəkildə göstərilməlidir. Redaksiyalar əməkdaşlarının süni intellektdən istifadə bacarıqlarının artırılması üçün də müvafiq şərait yaratmalıdır.
Qeyd olunub ki, süni intellekt sistemlərindən istifadə jurnalistin təşəbbüsünü və mühakiməsini, redaksiya müstəqilliyini, eləcə də insan nəzarətini əvəz etməməlidir. Süni intellektin köməyi ilə hazırlanan materiallar dərc olunmazdan əvvəl jurnalist tərəfindən yoxlanılmalı, onların məzmununun və faktlarının dəqiqliyi, həmçinin istifadə edilən mənbələrin etibarlılığı təsdiqlənməlidir. Dərc olunan materiallara görə məsuliyyət jurnalistin və redaksiyanın üzərində qalmalıdır.
Yeni prinsipdə şəffaflıq məsələsinə də xüsusi diqqət yetirilir. Belə ki, süni intellekt vasitəsilə yaradılan, dəyişdirilən və ya əhəmiyyətli dərəcədə formalaşdırılan məzmunun auditoriya tərəfindən düzgün anlaşılması təmin edilməlidir. Auditoriyanı çaşdıra biləcək süni intellekt mənşəli foto, audio, video və digər materiallar müvafiq qaydada işarələnməli, onların mənşəyi barədə məlumat verilməlidir.
Bundan başqa, süni intellekt sistemlərindən istifadə zamanı müəlliflik hüquqlarına, şəxsi məlumatların və mənbələrin məxfiliyinə, insan ləyaqətinə hörmət və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə riayət olunması nəzərdə tutulur.
20:42 / 09 Noyabr 2026
1
20:27 / 09 Noyabr 2026
33
20:25 / 09 Noyabr 2026
303
20:14 / 09 Noyabr 2026
128
20:12 / 09 Noyabr 2026
91
20:11 / 09 Noyabr 2026
104
20:10 / 09 Noyabr 2026
121
20:06 / 09 Noyabr 2026
78
19:53 / 09 Noyabr 2026
100
19:52 / 09 Noyabr 2026
155
19:44 / 09 Noyabr 2026
134
19:44 / 09 Noyabr 2026
125
19:27 / 09 Noyabr 2026
88
19:25 / 09 Noyabr 2026
194
19:19 / 09 Noyabr 2026
128
19:15 / 09 Noyabr 2026
169
19:12 / 09 Noyabr 2026
286
19:11 / 09 Noyabr 2026
161
19:01 / 09 Noyabr 2026
96
18:57 / 09 Noyabr 2026
227
18:46 / 09 Noyabr 2026
119
18:41 / 09 Noyabr 2026
198
18:38 / 09 Noyabr 2026
197
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.