9 noyabrda QAR YAĞACAQ
09 Noyabr 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
269
15.10.2026, 10:09
İkinci Qarabağ müharibəsi, Azərbaycan əsgərinin qırxdörd günlük intiqam və qələbə yürüşü haqqında “44” bədii filminin nümayişi axır vaxtlarda yaşadığımız ən həyəcanlı, ən təsirli, bəzən adamı göz yaşında boğan hadisələrdən biri oldu.
Bunu Oxu24.com-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib.
"İnamla deyə bilərəm ki, son zamanlarda Bakıda bu qədər ziyalını, ictimai-siyasi həyatımızın bu qədər tanınmiş nümayəndəsini, bu qədər dövlət və mədəniyyət xadimini bir araya yığan belə möhtəşəm tədbiri xatırlamıram.
Bu sadəcə bir təqdimat deyildi; həm də qələbəyə gedən yolun ağırlığını, qələbə sevincini yenidən yaşamaq idi. Həmin axşama gələn hər kəsin üzündə böyük zəfərin köhnəlməyən sevinci ilə yanaşı dövlətlə xalq birliyinin yüksək qürurunu görürdük. Filmin uğurlu rejissor işini, aktyorların gözəl oyununu, Azərbaycan ordusunun gücünü göstərən kütləvi döyüş səhnələrini təhli etmək niyyətim yoxdur; bu barədə yazılıb, yenə yazılacaq. Filmin özü ilə bərabər açılışda Azərbaycan Dövlət Simfonik orkestrinin möhtəşəm ifası və sonda şəhid analarının toplaşdıqları və çıxış etdikləri səhnələr gecənin təsirini və ruhunu tamamladı.
Bədii filmin senari müəllifini və yaradıcı heyətini ürəkdən təbrik edirəm. “44” bədii filmi Azərbaycan kino sənətinin böyük uğurudur və ümid edirik ki, kinomuzun dirçəlişində ciddi rol oynayacaqdır",-deyə Xaıq şairi bildirib.
Jalə
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.