Qaynar xətt:

(+99450) 247 90 86

Professor hicabla bağlı bəzi etirazlara REAKSİYA VERDİ

Professor hicabla bağlı bəzi etirazlara REAKSİYA VERDİ

CƏMİYYƏT

1389

14.10.2026, 16:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məktəblərdə vahid geyim qaydalarına əməl olunması şagirdlər arasında nizam-intizamın qorunması və bərabər təhsil mühitinin formalaşdırılması baxımından mühüm məsələlərdən biridir. Son zamanlarda ölkənin müxtəlif yerlərində məktəblərdə hicabla bağlı bəzi aksiyaların keçirilməsi və etirazların olunması müzakirələrə səbəb olub. Mütəxəssislər bildirirlər ki, bu cür etirazların heç bir əsası yoxdur, çünki hicab cəmiyyətdə, küçədə və digər ictimai yerlərdə qadağan olunmayıb. Lakin dövlət təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi uşaqların tərbiyəsi, davranışı və sosial bərabərliyi üçün qətiyyən danılmaz zərurətdir. 

Məsələ ilə əlaqədar Oxu24.com-a açıqlama verən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov məktəbdə vahid geyim qaydalarının vacibliyini və bu prosesə qarşı çıxmağın yolverilməz olduğunu vurğulayıb.

Professor bildirib ki, son dövrlər hicabla bağlı qaldırılan məsələlərin və keçirilən etirazların heç bir əsası yoxdur. Çünki hicab ümumilikdə cəmiyyətdə, küçədə və ya digər ictimai yerlərdə qadağan olunmayıb. Sadəcə olaraq, məktəblərin vahid formaya keçirilməsi qərara alınıb və bu, olduqca doğru bir addımdır. Məktəb dövlətin strukturudur və bu strukturun daxilində vahid geyim qaydaları mövcuddur ki, hər kəs də buna əməl etməlidir.

"Başım bağlıdır" bəhanəsi ilə dərsdən yayınmaq düzgün deyil”

Bədirxan Əhmədov qeyd edib ki, "Başım bağlıdır" deyərək dərslərə gəlməmək və ya etiraz etmək bəhanədir. Hələ şəxsiyyəti tam formalaşmamış şagirdlərin bu cür hərəkətlər etməsi və başını açmaması digər şagirdlərə də çox böyük mənfi təsir göstərir. O xatırladıb ki, respublika dövründən və hətta sovet dönəmindən bəri məktəblərdə vahid formada oxumaqla bağlı çox gözəl ənənələr mövcuddur. Əgər bu gün məktəblərdə hicab bağlanmasına qarşı sərt mövqe sərgilənməsə, cəmiyyəti 100-150 il geriyə atmış olarıq.

Professor qeyd edib ki, vahid geyim qaydaları şagirdlər arasında nizam-intizamın qorunmasına və sosial fərqlərin ön plana çıxmamasına imkan yaradan ən əsas amillərdəndir:

“Təhsil mühitinin formalaşdırılması baxımından bu, son dərəcə vacibdir. Uşaqların tərbiyəsi, davranışı və məktəb mühitində qarşılıqlı münasibətləri məhz bu geyim qaydalarında öz əksini tapır”.

Məsələni əyani şəkildə izah edən professor maraqlı bir müqayisə aparıb:

"Küçə nə ilə idarə olunur, maşınlar nə ilə idarə olunur? İşıqforlarla idarə olunur. İşıqfor olmasa orada bir xaos yaranar. Məktəbin də idarə olunması dövlət tərəfindən, Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara uyğun şəkildə həyata keçirilir. Bunu bəhanə edərək məktəbə gəlməmək və yaxud etiraz etmək o deməkdir ki, sən təhsildən imtina edirsən".

Bədirxan Əhmədov vurğulayıb ki, Azərbaycanda dinlə dövlət ayrıdır: nə din dövlətin işinə qarışır, nə də dövlət dinin işinə qarışır. Məktəb isə bir dövlət strukturudur və bu strukturda dinin yeri yoxdur. Məktəblərdə dini geyimlər, dini ayinlər və sair bu kimi hallar icra olunmamalıdır.

Sonda professor qeyd edib ki, məhz bu qaydaların qorunması milli-mənəvi dəyərlərin və sağlam məktəb mədəniyyətinin düzgün şəkildə formalaşmasına çox böyük müsbət təsir göstərir.

Çimnaz Telmanqızı

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

12:46 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

109

1
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

12:39 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

111

0
Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

12:35 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

649

0
Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

12:29 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

138

1
Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

12:28 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

135

0
Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

12:27 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

119

0
Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

12:22 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

124

0
Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

12:17 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

122

0
Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

12:16 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

138

0
Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

12:14 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

146

0
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb 

12:05 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb 

287

0
Prezident İlham Əliyev xalqa müraciət edib 

11:59 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev xalqa müraciət edib 

786

0