Kombi istifadə edənlərin NƏZƏRİNƏ
08 Noyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
291
14.10.2026, 15:18
Məktəblərdə vahid geyim qaydalarına əməl olunması şagirdlər arasında nizam-intizamın qorunması və bərabər təhsil mühitinin formalaşdırılması baxımından ən mühüm məsələlərdən biri olaraq diqqət çəkir. Son günlərdə cəmiyyətdə geniş müzakirələrə səbəb olan bu mövzu həm də təhsil müəssisələrində sağlam mühitin təmin edilməsi istiqamətində atılan əsas addımlardandır. Bəzi maraqlı dairələr, xüsusilə də qonşu ölkələrin müəyyən qrupları tərəfindən bu qərarın süni şəkildə siyasiləşdirilməsinə cəhdlər göstərilir. Halbuki məktəbli forması dünyanın bir çox qabaqcıl ölkələrində uğurla tətbiq olunan ümumi təcrübədir. Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında bu qayda artıq iyirmi ildən çoxdur ki, uğurla reallaşdırılır. Buna baxmayaraq, bəzi dairələr məsələni hicab məsələsi ilə əlaqələndirərək qərəzli kampaniya aparmağa çalışırlar. Lakin ölkə qanunvericiliyində və Konstitusiyasında hər hansı hicab qadağasından söhbət gedə bilməz.
Cəmiyyətimizdə hicablı qadınlar həm təşkilatlarda, həm də ictimai yerlərdə sərbəst şəkildə fəaliyyət göstərirlər. Təhsil müəssisələrində isə hər bir şagirdin və müəllimin ümumi qaydalara tabe olması zəruridir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Tarix elmləri doktoru, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli məsələnin kökündə duran əsas məqamları və həqiqətləri diqqətə çatdırıb.
Eynulla Mədətli bildirib ki, məktəbli forması haqqında Azərbaycan hökumətinin qərarının müəyyən maraqlı dairələr, xüsusilə də qonşu ölkələrin müəyyən dairələri tərəfindən siyasiləşdirilməsi və hay-küylü bir kampaniyaya çevrilməsi cəhdləri qətiyyən yolverilməzdir.
Sədr müavini qeyd edib ki, məktəbli forması dünyanın bir çox ölkələrində tətbiq olunan üsuldur. Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq 20 ildən çoxdur ki, bu təcrübə mövcuddur. Müəllimlərin də, şagirdlərin də vahid forması var və heç kimin ağlına gəlməyib ki, buna etiraz etsin.
“Məsələnin hicabla əlaqələndirilməsi qərəzlidir”
Eynulla Mədətli qeyd edib ki, Azərbaycan hökumətinin bu qərarının hicabla əlaqələndirilməsinin heç bir mənası yoxdur. Bu, açıq-aşkar uydurma və bədniyyətlə edilmiş cəhddən başqa bir şey deyil. Çünki nə Azərbaycanın Konstitusiyasında, nə də hər hansı bir qanununda hicab qadağası deyilən bir şey mövcuddur. Hicablı qadınlar cəmiyyətimizdə müəssisələrdə, təşkilatlarda, ictimai yerlərdə hər yerdə var və cəmiyyətin bərabərhüquqlu üzvüdürlər.
Müsahib vurğulayıb ki, vahid geyim sosial bərabərlik və ədalət yaratmaqla həm şagirdləri bərabərləşdirir, ortadakı sosial status, zənginlik və yoxsulluq kimi fərqləri aradan qaldırır:
“Müəllimlərin də vahid geyimdə olması bu sahədə hər hansı psixoloji sıxıntı və ya fərqliliklərin yaranmasına imkan vermir.Vahid geyim şagirdlərin və müəllimlərin diqqətini daha çox təhsilə yönəltməsini təmin edən nizam-intizam və məsuliyyət vasitəsidir”.
Sonda E.Mədətli əlavə edib ki, Azərbaycan sekulyar dövlətdir, sivil yolla gedən dünyəvi dövlətdir. Din dövlətdən ayrıdır, məktəb isə dindən ayrıdır. Buna görə də Azərbaycan hökumətinin qərarı son hərfinə qədər yerinə yetirilməlidir və müəyyən narazı şəxslər də gec-tez bunun əhəmiyyətini başa düşəcəklər.
Çimnaz Telmanqızı
15:17 / 08 Noyabr 2026
1
15:13 / 08 Noyabr 2026
30
14:59 / 08 Noyabr 2026
51
14:54 / 08 Noyabr 2026
62
14:49 / 08 Noyabr 2026
87
14:44 / 08 Noyabr 2026
129
14:31 / 08 Noyabr 2026
89
13:45 / 08 Noyabr 2026
248
13:35 / 08 Noyabr 2026
520
13:21 / 08 Noyabr 2026
113
13:16 / 08 Noyabr 2026
125
13:06 / 08 Noyabr 2026
133
12:47 / 08 Noyabr 2026
339
12:46 / 08 Noyabr 2026
112
12:39 / 08 Noyabr 2026
113
12:35 / 08 Noyabr 2026
668
12:29 / 08 Noyabr 2026
142
12:28 / 08 Noyabr 2026
137
12:27 / 08 Noyabr 2026
123
12:22 / 08 Noyabr 2026
126
12:17 / 08 Noyabr 2026
125
12:16 / 08 Noyabr 2026
141
12:14 / 08 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.