Kombi istifadə edənlərin NƏZƏRİNƏ
08 Noyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
441
14.10.2026, 15:05
Məktəblərdə müəyyən edilmiş daxili nizam-intizam qaydaları və vahid geyim standartları tədris prosesinin səmərəliliyini artırmağa xidmət edir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial-iqtisadi fərqlərin ön plana çıxmasının qarşısını alır və bərabərhüquqlu təhsil mühiti yaradır. Bu yanaşma şagirdlərdə kollektivçilik ruhunu formalaşdırır, onları dərsə və məktəb mədəniyyətinə daha sıx bağlayır. Eyni zamanda, vahid qaydalar gənc nəslin erkən yaşlardan məsuliyyət hissini və hüquqi normalara hörmət prinsipini mənimsəməsinə şərait yaradır. Təhsil müəssisələrində nizam-intizamın qorunması təlim və tərbiyə prosesinin vahid şəkildə həyata keçirilməsinə təkan verir.
Cəmiyyətdə məktəbli forması ilə bağlı aparılan müzakirələrdə hüquqi və pedaqoji çərçivələrin gözlənilməsi xüsusi əhəmiyyət kəsb edir. Hər bir təhsil ocağının özünəməxsus qanunvericiliklə tənzimlənən daxili nizamnaməsi və fəaliyyət prinsipləri mövcuddur. Bu qaydaların düzgün tətbiqi şagirdlərin diqqətini kənar amillərdən yayındıraraq yalnız təhsilə və fərdi inkişafa yönəltməyə imkan verir. Dövlət təhsil siyasəti hər bir övladımızın bərabər və təhlükəsiz mühitdə keyfiyyətli təlim almasını təmin etməyə hədəflənib.
Mövzu ilə bağlı Oxu24.com-a AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun "Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi" şöbəsinin aparıcı elmi işçisi Sənan Həsənov bildirib ki, təhsil gələcəyin prioritetini, potensialını cəmləşdirən, xalqın inkişafını aydın hədəflərə aparan strateji xəttdir.
Onun sözlərinə görə, bu sahədə qaydalara, normalara, yeni resurslara yanaşmaya da çox ciddi şəkildə diqqət yetirmək lazımdır.
“Bu sahədə nizam-intizamın qorunması, qaydalara əməl olunması bərabərliyin, təlimlə tərbiyənin vəhdətində effektivliyi təmin edir. Bu, həmdə dövlətimizin qanunları ilə tənzimlənib”.
Sənan Həsənov qeyd edib ki, biz vahid məktəbli geyiminin tətbiq edilməsi və ona əməl edilməsini yuxarıda göstərdiyimiz amillərin ən vacib elementi kimi qiymətləndiririk:
“Təhsilə münasibət, qanunun aliliyinə hörmət, özgüvənin artırılması, mədəni-intellektual mühitə adaptasiya bu prosesdən qaynaqlanır. Ona görə də yad düşüncələrin təsiri ilə müdaxilə etmək, əsassız fikirlərlə çaşqınlıq yaratmaq qəti yolverilməzdir”.
“Hicab məsələsinə gəldikdə isə, cəmiyyətimizdə heç kəsə heç bir qadağa yoxdur. Lakin məktəbin öz qaydaları var. Dini etiqad və ibadətin öz məkanı və qaydaları var”,- deyə o əlavə edib.
Çimnaz Telmanqızı
15:17 / 08 Noyabr 2026
1
15:13 / 08 Noyabr 2026
30
14:59 / 08 Noyabr 2026
51
14:54 / 08 Noyabr 2026
62
14:49 / 08 Noyabr 2026
87
14:44 / 08 Noyabr 2026
129
14:31 / 08 Noyabr 2026
89
13:45 / 08 Noyabr 2026
248
13:35 / 08 Noyabr 2026
520
13:21 / 08 Noyabr 2026
113
13:16 / 08 Noyabr 2026
125
13:06 / 08 Noyabr 2026
133
12:47 / 08 Noyabr 2026
339
12:46 / 08 Noyabr 2026
112
12:39 / 08 Noyabr 2026
113
12:35 / 08 Noyabr 2026
668
12:29 / 08 Noyabr 2026
142
12:28 / 08 Noyabr 2026
137
12:27 / 08 Noyabr 2026
123
12:22 / 08 Noyabr 2026
126
12:17 / 08 Noyabr 2026
125
12:16 / 08 Noyabr 2026
141
12:14 / 08 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.