Qaynar xətt:

(+99450) 247 90 86

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq 

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq 

CƏMİYYƏT

58

13.10.2026, 21:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Clean Home” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək.

Oxu24.com  xəbər verir ki, aktiv məşğulluq tədbiri 14 oktyabr 2026-cı il tarixində, saat 10:30-da Şükürbəyli kənd inzibati binasında təşkil olunacaq.

Yarmarkada qeyd edilən MMC üzrə vakansiyalar təqdim ediləcək.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.AZƏRTAC