Azərbaycanda kredit amnistiyası olacaqmı? – İqtisadçıdan AÇIQLAMA
13 Oktyabr 2026, 16:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
163
13.10.2026, 15:25
Siyasətçi Bədrəddin Quliyev Azərbaycanda təhsil müəssisələrində baş verən son hadisələrin, dünyəvi dövlət prinsiplərinin qorunmasının və milli ideologiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. O hesab edir ki, məktəblərdə yaranan problemlərin aradan qaldırılması üçün təhsil sistemində islahatlar aparılmalı, milli dəyərlərə və gənc nəslin formalaşmasına daha ciddi diqqət yetirilməlidir.
Bədrəddin Quliyev Oxu24.com-a açıqlamasında bildirib ki, son hadisələr təkcə məktəbli geyimi və dini məsələlərlə məhdudlaşmır, eyni zamanda, cəmiyyətdə ziddiyyətlərin dərinləşdirilməsi və ölkə daxilində gərginliyin yaradılması təhlükəsini gündəmə gətirir.
Siyasətçinin fikrincə, Azərbaycanda milli və dini dəyərlərə münasibət məsələsinə həssas yanaşılmalı, dini etiqad azadlığı ilə dünyəvi dövlət prinsipləri arasında hüquqi çərçivədə tarazlıq qorunmalıdır.
O qeyd edib ki, Azərbaycan müstəqil, dünyəvi və demokratik dövlətdir. Buna görə də dini inanclar şəxsi seçim olaraq hörmətlə qarşılanmalı, dövlət idarəçiliyi və təhsil sistemi isə ölkənin qanunlarına və dünyəvilik prinsipinə uyğun fəaliyyət göstərməlidir.
Bədrəddin Quliyev hesab edir ki, məktəblərdə baş verən hadisələrin qarşısını almaq üçün yalnız inzibati tədbirlər kifayət deyil. Təhsil müəssisələrində şagirdlərlə, valideynlərlə və müəllimlərlə maarifləndirici işlər aparılmalı, məktəb psixoloqlarının fəaliyyəti gücləndirilməli, təhsil mühitində yaranan problemlərin səbəbləri araşdırılmalıdır.
Siyasətçi xüsusilə milli ideologiyanın təhsil sistemindəki roluna diqqət çəkib. Onun sözlərinə görə, şagirdlərə Azərbaycanın tarixini, mədəniyyətini, dilini və milli kimliyini dərindən öyrətmək, gənc nəslin dünyagörüşünün formalaşmasına töhfə vermək vacibdir.
“Azərbaycan cəmiyyətində milli və dini dəyərlər mühüm yer tutur. Milli ideologiya, milli kimlik və milli dəyərlər gücləndirilməlidir. Qarabağ müharibəsindən sonrakı dövrdə regionda və dünyada baş verən proseslər fonunda ölkəmizin milli maraqlarına daha ciddi yanaşmalıyıq. Təhsil sistemimiz Azərbaycanın gələcəyidir. Ölkəmizin gücü elmdə və təhsildədir”, – deyə o bildirib.
Bədrəddin Quliyev məktəb rəhbərliyinin və pedaqoji kollektivin məsuliyyətinə də toxunub. O hesab edir ki, təhsil müəssisələrində idarəetmənin keyfiyyəti artırılmalı, direktorların və müəllimlərin peşəkarlığı ilə yanaşı, onların milli tarix və mədəniyyət haqqında biliklərinə də diqqət yetirilməlidir.
Siyasətçinin fikrincə, məktəblərdə baş verən problemlər əvvəlki illərdə yaranmış boşluqların nəticəsi kimi də araşdırılmalıdır. Bu baxımdan təhsil müəssisələrində nizam-intizamın qorunması, müəllim-valideyn münasibətlərinin möhkəmləndirilməsi və hüquq-mühafizə orqanlarının maarifləndirici tədbirlərdə iştirakı əhəmiyyətlidir.
O, həmçinin Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunmasının vacibliyini vurğulayaraq bildirib ki, dini təhsil almaq istəyən şəxslər bunun üçün qanunvericiliyə uyğun imkanlardan istifadə edə bilərlər. Bununla belə, dini inanclar dövlət idarəçiliyinə və ümumi təhsil sisteminin prinsiplərinə müdaxilə vasitəsinə çevrilməməlidir.
Bədrəddin Quliyev Azərbaycanın müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşadığı ölkə olduğunu xatırladıb. Onun qənaətinə görə, dini müxtəlifliyə hörmətlə yanaşmaqla yanaşı, ölkənin milli birliyini və dövlətçilik prinsiplərini qorumaq da vacibdir.
Siyasətçi son hadisələr fonunda dövlət qurumlarının təhsil müəssisələrindəki vəziyyəti yenidən qiymətləndirməsinin, zəruri islahatlar aparmasının və valideynlərlə açıq müzakirələr təşkil etməsinin vacibliyini qeyd edib.
O bildirib ki, Azərbaycanda dini etiqad azadlığı qanun çərçivəsində təmin edilməli, məktəblərdə isə dünyəvi təhsil prinsipləri, ictimai asayiş və şagirdlərin təhlükəsizliyi qorunmalıdır. Bədrəddin Quliyevin fikrincə, milli maraqların müdafiəsi və təhsil sisteminin gücləndirilməsi dövlətin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.


Turan Etibaroğlu
16:22 / 13 Oktyabr 2026
1
16:16 / 13 Oktyabr 2026
19
16:09 / 13 Oktyabr 2026
49
16:06 / 13 Oktyabr 2026
308
16:06 / 13 Oktyabr 2026
57
15:59 / 13 Oktyabr 2026
69
15:50 / 13 Oktyabr 2026
138
15:50 / 13 Oktyabr 2026
88
15:47 / 13 Oktyabr 2026
90
15:46 / 13 Oktyabr 2026
72
15:22 / 13 Oktyabr 2026
81
15:15 / 13 Oktyabr 2026
6046
15:12 / 13 Oktyabr 2026
80
15:10 / 13 Oktyabr 2026
597
14:53 / 13 Oktyabr 2026
114
14:51 / 13 Oktyabr 2026
1067
14:45 / 13 Oktyabr 2026
1177
14:43 / 13 Oktyabr 2026
251
14:24 / 13 Oktyabr 2026
81
14:14 / 13 Oktyabr 2026
371
14:09 / 13 Oktyabr 2026
91
14:00 / 13 Oktyabr 2026
85
13:59 / 13 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.