Ekspert: Vahid geyim forması ilə bağlı qərara əməl etmək sağlam təhsil mühitinin formalaşması üçün zəruridir
13 Oktyabr 2026, 14:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
157
13.10.2026, 14:14
Siyasi şərhçi Azər Həsrət Azərbaycanda dünyəvi təhsil prinsipləri, məktəblərdə vahid geyim qaydaları və oktyabrın 12-də baş verən hadisələrlə bağlı fikirlərini bölüşüb.
Azər Həsrət Oxu24.com-a açıqlamasında bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və dinin dövlətdən ayrı olması təhsil sistemində də dünyəvilik prinsipinin qorunmasını zəruri edir.
Onun sözlərinə görə, Azərbaycan dövləti dini etiqad azadlığının təmin olunması üçün müxtəlif addımlar atır, məscidlərin tikintisinə və din xadimlərinin fəaliyyətinə dəstək göstərir. Bununla yanaşı, dövlət idarəçiliyinin və təhsil sisteminin dünyəvi əsaslarla fəaliyyət göstərməsi vacibdir.
“Hamımıza məlumdur ki, Azərbaycan dünyəvi dövlətdir. Dünyəvi dövlətin təhsili də, məktəbləri də dünyəvidir. Belə bir şəraitdə dünyəvi məktəbdə dünyəvi geyimdə təhsil almaq vacibdir. Bunu bu qədər sadə dillə izah edirik”, – deyə siyasi şərhçi bildirib.
Azər Həsrət hesab edir ki, Azərbaycanda baş verən son hadisələrdən ölkə daxilində qarşıdurma yaratmaq məqsədilə istifadə etməyə çalışan qüvvələr var. O, xüsusilə İranın müəyyən dairələrini tənqid edərək, məktəblərə hücumların və ictimai asayişin pozulmasının dini etiqad azadlığı ilə əsaslandırıla bilməyəcəyini vurğulayıb.
Şərhçinin sözlərinə görə, oktyabrın 12-də baş verən hadisələr zamanı məktəblərə ziyan vurulması, şagirdlərin qorxuya salınması, məktəb direktorunun avtomobilinin yandırılması və təhsil müəssisələrindən birinin yandırılmasına cəhd edilməsi ciddi narahatlıq doğurur.
“Bütün bunlar doğrudanmı din uğrunda edilirdi? İslam dinini bizə sülh, anlaşma və təmkin dini kimi təqdim edirlər. Bəs məktəblərə hücum etmək, onları dağıtmaq, balaca məktəbliləri qorxutmaq hansı dini dəyərlərə uyğundur?” – deyə Azər Həsrət sual edib.
O, 28 May metrostansiyası ətrafında keçirilməsinə cəhd göstərilən etiraz aksiyasını da şərh edərək, baş verənləri ölkədə sabitliyi pozmağa yönəlmiş cəhd kimi qiymətləndirib. Siyasi şərhçi İran daxilindəki siyasi və dini hakimiyyət dairələrini bir-birindən fərqləndirməyin vacib olduğunu bildirib və Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələrin İranın ali dini rəhbərliyinə bağlı strukturlarla əlaqəli olduğunu iddia edib.
Azər Həsrət əlavə edib ki, Azərbaycanın dünyəvi dövlət quruluşunu dəyişərək ölkədə şəriət idarəçiliyi yaratmaq istəyən qrupların mövcudluğu ilə bağlı əvvəllər də müxtəlif məlumatlar açıqlanıb. Onun fikrincə, Azərbaycan cəmiyyəti dünyəvi dövlət prinsipinin qorunmasında maraqlıdır və dini şüarlardan istifadə etməklə qarşıdurma yaratmaq cəhdlərini dəstəkləmir.
Siyasi şərhçi vurğulayıb ki, hər hansı qərarla razılaşmayan və ya mövcud qaydaları müzakirə etmək istəyən şəxslər öz fikirlərini hüquqi müstəvidə ifadə edə bilərlər. Lakin etirazlar qanun çərçivəsində aparılmalı, məktəblərə və insanlara qarşı zorakılığa yol verilməməlidir.
“Azərbaycan hüquqi dövlətdir. Nəyəsə etiraz etmək istəyirlərsə, müzakirə və hüquqi mübahisə imkanları var. Çıxsınlar, fikirlərini həmin müstəvidə ifadə etsinlər. Heç kim onların bu hüququnu əllərindən almır. Ancaq dünyəvi məktəblə bağlı qaydalar da qorunmalıdır”, – deyə o qeyd edib.
Azər Həsrət, həmçinin, son dövrlərdə bu mövzuda ictimai müzakirələr aparmağa çalışdıqlarını, lakin bəzi şəxslərdən təhqirlərlə qarşılaşdıqlarını bildirib. Onun qənaətinə görə, müzakirədən yayınaraq aqressiv davranış nümayiş etdirmək həmin şəxslərin məqsədləri ilə bağlı suallar yaradır.
Siyasi şərhçi sonda bildirib ki, Azərbaycan dövləti və cəmiyyəti ölkənin dünyəvi əsaslarının qorunmasında qətiyyətli olmalıdır. Onun fikrincə, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına əməl olunmalı, fikir ayrılıqları isə qarşıdurma və zorakılıq yolu ilə deyil, qanuni müzakirələr vasitəsilə həll edilməlidir.
Turan Etibaroğlu
14:53 / 13 Oktyabr 2026
27
14:51 / 13 Oktyabr 2026
154
14:45 / 13 Oktyabr 2026
268
14:43 / 13 Oktyabr 2026
108
14:24 / 13 Oktyabr 2026
57
14:09 / 13 Oktyabr 2026
64
14:00 / 13 Oktyabr 2026
68
13:59 / 13 Oktyabr 2026
71
13:57 / 13 Oktyabr 2026
1371
13:47 / 13 Oktyabr 2026
2445
13:31 / 13 Oktyabr 2026
354
13:28 / 13 Oktyabr 2026
100
13:20 / 13 Oktyabr 2026
99
13:14 / 13 Oktyabr 2026
242
13:10 / 13 Oktyabr 2026
90
13:01 / 13 Oktyabr 2026
2195
12:53 / 13 Oktyabr 2026
100
12:50 / 13 Oktyabr 2026
96
12:45 / 13 Oktyabr 2026
161
12:45 / 13 Oktyabr 2026
78
12:39 / 13 Oktyabr 2026
680
12:36 / 13 Oktyabr 2026
97
12:26 / 13 Oktyabr 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.