Deputatdan məktəbli geyimləri ilə bağlı AÇIQLAMA
13 Oktyabr 2026, 11:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
452
13.10.2026, 10:22
Gülyanaq Məmmədova: “Məktəbli formalarını hər zaman dəstəkləyirəm”
Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında bərabərliyin qorunması, məktəb ənənələrinin yaşadılması və təhsil mühitində nizam-intizamın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Məktəbli formasına münasibət həm də uşaqlara məsuliyyət, səliqə və müəllimə hörmət kimi dəyərlərin aşılanmasının bir hissəsidir.
Xalq artisti, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Gülyanaq Məmmədova Oxu24.com-a açıqlamasında vahid məktəbli geyimini dəstəklədiyini bildirib.
Sənətçinin sözlərinə görə, məktəbli forması onun uşaqlıq illərindən etibarən hörmətlə yanaşdığı ənənələrdən biridir. O qeyd edib ki, öz məktəb illərində şagirdlər eyni geyimdə olduqlarından diqqət daha çox dərsə və müəllimin izahlarına yönəlirdi.
“Əlbəttə, mən bir sənət adamı olaraq hər zaman geyim mədəniyyətinə böyük önəm vermişəm. Bu gün də bir vətəndaş kimi dövlətimin və rəhbərimizin verdiyi qərarlara böyük sevgi və hörmətlə yanaşıram. Məktəbli formalarının olması çox gözəldir. Bizim dövrümüzdə də özünəməxsus məktəbli geyimləri var idi. Hamımız sinifdə eyni cür geyinirdik, heç kim heç kimdən fərqlənmirdi. Fikirlərimiz, düşüncələrimiz dərsə və müəllimə yönəlirdi. Bu gün də tətbiq olunan məktəbli formalarını çox gözəl hesab edirəm”, – deyə Gülyanaq Məmmədova bildirib.
Xalq artisti valideyn kimi də vahid məktəbli geyiminin rahatlığını vurğulayıb.
O bildirib ki, övladlarını məktəbə hazırlayarkən geyim seçimi ilə bağlı çətinlik yaşamayıb və onların təhsil müəssisəsinin müəyyən etdiyi qaydalara uyğun geyinməsinə xüsusi diqqət yetirib.
“Bir valideyn olaraq övladlarım üçün məktəbli forması seçərkən də rahat olmuşam. Onların geyimlərini eyni yerdən almış, məktəbli formalarını geyindirərək böyük sevgi ilə dərsə yola salmışam. Öz uşaqlığımda məktəbli formasına böyük sevgim olub. Həmin formanı səliqə ilə daşımağın məsuliyyətini hiss edirdik. Çünki müəllimin qarşısına çıxırdıq və ona çox böyük hörmətlə yanaşırdıq. Müəllim adına hər zaman ehtiram göstərmək lazımdır. Mən də övladlarıma bunu tövsiyə etmişəm. Onlara həmişə demişəm ki, məktəbli formanız səliqəli olmalıdır. Bu, məktəbə və müəllimə olan hörmətinizin göstəricisidir”, – deyə sənətçi qeyd edib.
Gülyanaq Məmmədova cəmiyyətdə fikir ayrılıqlarının qarşıdurmaya çevrilməməsinin vacibliyini də vurğulayıb. Onun fikrincə, insanlar fərqli düşüncələrə malik olsalar da, bir-birlərinə qarşı anlayışlı davranmalı, milli birlik və həmrəyliyi qorumalıdırlar.
“Qarşıdurmaya gəlincə, biz hamımız bir olmalıyıq. Hər nəfəsimizdə, hər addımımızda, uğurlarımızda, sabaha açılan hər günümüzdə dualarımız və şükürümüz olmalıdır. Biz dinimizi də, dilimizi də, mədəniyyətimizi də, poeziyamızı da, millətimizi və torpağımızı da sevməliyik. Bir-birimizi sevməklə kifayətlənməməli, həm də qorumalı, bir-birimizə dəstək olmalıyıq.
Bu o demək deyil ki, bugünkü günümüzdə fərqli düşünən insanlara qarşı olmalıyıq. Xeyr, onlar bizim balalarımız, bizim əzizlərimizdir. Heç kim bizi bir-birimizə qarşı qoya bilməz. Çünki hamımız bu torpağın, bu dövlətin və Azərbaycanın övladlarıyıq. Azərbaycanımızı, millətimizi və dövlətimizi qorumalı, dövlət rəhbərimizin yanında birliyimizi saxlamalıyıq”, – deyə Xalq artisti bildirib.
Gülyanaq Məmmədova sonda məktəblərdə vahid geyim formasına münasibətinin birmənalı olduğunu diqqətə çatdırıb və bu ənənəni hər zaman dəstəklədiyini vurğulayıb.
“Mən məktəbli formalarını hər zaman dəstəkləyirəm”, – deyə sənətçi fikirlərini yekunlaşdırıb.
Turan Etibaroğlu
11:34 / 13 Oktyabr 2026
1
11:31 / 13 Oktyabr 2026
18
11:28 / 13 Oktyabr 2026
19
11:26 / 13 Oktyabr 2026
30
11:25 / 13 Oktyabr 2026
24
11:22 / 13 Oktyabr 2026
24
11:14 / 13 Oktyabr 2026
68
11:04 / 13 Oktyabr 2026
72
11:00 / 13 Oktyabr 2026
50
10:58 / 13 Oktyabr 2026
63
10:51 / 13 Oktyabr 2026
52
10:45 / 13 Oktyabr 2026
69
10:38 / 13 Oktyabr 2026
1057
10:34 / 13 Oktyabr 2026
330
10:29 / 13 Oktyabr 2026
76
10:25 / 13 Oktyabr 2026
233
10:16 / 13 Oktyabr 2026
75
10:14 / 13 Oktyabr 2026
63
10:01 / 13 Oktyabr 2026
98
09:57 / 13 Oktyabr 2026
927
09:52 / 13 Oktyabr 2026
65
09:42 / 13 Oktyabr 2026
69
09:37 / 13 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.