"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
231
12.10.2026, 18:15
Mənzilini kirayəyə verən vətəndaşlar əldə etdikləri gəlirdən vergi ödəməli, bəzi hallarda isə vergi ödəyicisi kimi uçota alınaraq VÖEN əldə etməlidirlər. Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi qaydası kirayə haqqını ödəyən şəxsin vergi uçotunda olub-olmamasından asılıdır.
Oxu24.com bu barədə "Yeni Sabah"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri bu qaydadan istisnadır. pizza hut
Kirayə haqqını ödəyən şəxs vergi orqanında uçotda olan fiziki şəxsdirsə, o, vergini ödəmə mənbəyində tutmalı, gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli və müvafiq vergi bəyannaməsini təqdim etməlidir.
Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda deyilsə, mənzilini kirayəyə verən vətəndaş özü və ya təyin etdiyi vergi agenti vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və gəlirindən 10 faiz dərəcə ilə vergi hesablamalıdır. Bu halda gəlir vergisi bəyannaməsi hesabat ilindən sonrakı ilin martın 31-dən gec olmayaraq təqdim edilməli, hesablanmış vergi də həmin müddətdə dövlət büdcəsinə ödənilməlidir.
Bəs VÖEN-i necə əldə etmək olar?
Dövlət Vergi Xidmətinin məlumatına görə, fiziki şəxs “Fiziki şəxsin uçotu haqqında Ərizə”ni və şəxsiyyətini təsdiq edən sənədin surətini vergi orqanına təqdim etməklə uçota alına bilər. Bu xidmət ödənişsizdir.
Qeydiyyat ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Uçota alınma barədə şəhadətnamə emal müddəti nəzərə alınmaqla elektron kabinetə göndərilir. Ərizədə qeyd edildiyi halda, sənəd kağız daşıyıcıda da təqdim olunur.
Vətəndaşlar vergi orqanına getmədən də elektron qaydada qeydiyyatdan keçə bilərlər. Bunun üçün gücləndirilmiş elektron imza, o cümlədən “Asan İmza” vasitəsilə İnternet Vergi İdarəsi portalından istifadə etmək mümkündür.
01:20 / 13 Oktyabr 2026
70
00:44 / 13 Oktyabr 2026
373
00:38 / 13 Oktyabr 2026
148
00:35 / 13 Oktyabr 2026
405
00:33 / 13 Oktyabr 2026
96
00:13 / 13 Oktyabr 2026
120
00:08 / 13 Oktyabr 2026
233
00:07 / 13 Oktyabr 2026
183
00:05 / 13 Oktyabr 2026
131
23:56 / 12 Oktyabr 2026
103
23:49 / 12 Oktyabr 2026
189
23:46 / 12 Oktyabr 2026
892
23:32 / 12 Oktyabr 2026
138
23:25 / 12 Oktyabr 2026
116
23:17 / 12 Oktyabr 2026
146
23:16 / 12 Oktyabr 2026
120
23:14 / 12 Oktyabr 2026
200
23:04 / 12 Oktyabr 2026
92
23:04 / 12 Oktyabr 2026
1257
23:01 / 12 Oktyabr 2026
130
22:54 / 12 Oktyabr 2026
140
22:43 / 12 Oktyabr 2026
148
22:42 / 12 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.