Qaz limitləri ilə bağlı YENİ TƏKLİF
13 Oktyabr 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
131
12.10.2026, 17:33
Xəbər verdiyimiz kimi, Azərbaycanda ümumi təhsil məktəblərində şagird və müəllimlərin geyim forması ilə bağlı yeni qaydalar qəbul olunub. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsil müəssisələrində vahid geyim standartlarına əməl edilməsi məcburiləşdirilib.
Qərar aydın şəkildə göstərir ki, təhsilverənlər və təhsilalanlar tədris prosesinə yalnız müəyyən edilmiş vahid geyim formasında qoşulmalıdırlar. Şagirdlərin bu qaydalara, eləcə də makiyaj, uzun dırnaq, zinət əşyaları və qeyri-adi saç düzümü qadağalarına əməl etməsi sağlam tədris mühiti üçün son dərəcə vacibdir.
Bu qayda pozuntularının qarşısının alınması məktəbdə nizam-intizamın qorunmasına xidmət edir. Qaydaların tətbiqinin əsas üstünlüklərindən biri də məktəblərdə sosial bərabərliyin təmin olunmasıdır.
Maddi imkanları fərqli olan şagirdlərin eyni geyimdə təhsil alması onların arasında hər hansı bir ayrı-seçkiliyin yaranmasına imkan vermir. Eyni zamanda, müəllimlər də öz peşəkar nüfuzlarına uyğun geyim tərzinə malik olmalı və şagirdlərə nümunə göstərilməlidirlər. Bu prosesin uğurlu olması üçün məktəb kollektivi ilə yanaşı valideynlər də üzərinə düşən məsuliyyəti dərk etməlidir.
Məsələ ilə bağlı Oxu24.com-un suallarını cavablandıran tanınmış təhsil eksperti Ramin Nurəliyev bildirib ki, Nazirlər Kabinetinin son qərarı tamamilə doğru və yerində verilmiş addımdır. Ekspert qeyd edib ki, əvvəlki dövrlərdə hər məktəbin öz qaydaları və ya fərqli geyim tərzi var idi, bəzi hallarda isə nizamsızlıqlar müşahidə olunurdu.
Ramin Nurəliyevin sözlərinə görə, yeni qaydaların tətbiqinin əsas üstünlükləri və tələbləri bunlardır:
”Maddi imkanı çox olan şagird istədiyi geyimdə gələ bildiyi halda, digər şagirdlərin belə imkanı olmaya bilər ki, bu da sosial bərabərliyə kölgə salır. Vahid geyim forması bu fərqlilikləri aradan qaldırır.
Qərar təkcə şagirdləri deyil, müəllimləri də əhatə edir; müəllim də öz adına uyğun geyim tərzində olmalı, tədris prosesinə standartlara uyğun qatılmalıdır.
Oğlan şagirdlərdə üzün qırxılması və fərqli saç stillərinin olmaması, qız şagirdlərdə isə ətəyin dizdən yuxarı olmaması, eləcə də üz makiyajı, uzun dırnaq və zinət əşyalarının taxılması qəti şəkildə qadağan edilir”.
Ekspert vurğulayıb ki, qoyulan qaydaların əsas məqsədi hər kəsin öz statusuna uyğun şəkildə təhsil prosesində təmsil olunmasıdır.
Məktəb və valideynlər birgə hansı addımları atmalıdır?
Ekspert qeyd edib ki, qəbul edilən qərarların uğurlu nəticə verməsi üçün tərəflər birgə hərəkət etməlidir:
•Valideynlər şagirdlərin məktəbə nümunəvi formada gəlməsinə xüsusi diqqət yetirməlidirlər.
•Qaydalara və qanunlara riayət olunması istiqamətində məktəbə dəstək göstərilməlidir.
Çimnaz Telmanqızı
01:20 / 13 Oktyabr 2026
33
00:44 / 13 Oktyabr 2026
219
00:38 / 13 Oktyabr 2026
115
00:35 / 13 Oktyabr 2026
327
00:33 / 13 Oktyabr 2026
77
00:13 / 13 Oktyabr 2026
103
00:08 / 13 Oktyabr 2026
184
00:07 / 13 Oktyabr 2026
160
00:05 / 13 Oktyabr 2026
110
23:56 / 12 Oktyabr 2026
86
23:49 / 12 Oktyabr 2026
169
23:46 / 12 Oktyabr 2026
801
23:32 / 12 Oktyabr 2026
127
23:25 / 12 Oktyabr 2026
104
23:17 / 12 Oktyabr 2026
137
23:16 / 12 Oktyabr 2026
110
23:14 / 12 Oktyabr 2026
179
23:04 / 12 Oktyabr 2026
86
23:04 / 12 Oktyabr 2026
1205
23:01 / 12 Oktyabr 2026
120
22:54 / 12 Oktyabr 2026
130
22:43 / 12 Oktyabr 2026
139
22:42 / 12 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.