Qaz limitləri ilə bağlı YENİ TƏKLİF
13 Oktyabr 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
559
12.10.2026, 16:17
“Şərq qadını məsələsi mənim köhnə dərdimdir... Nədir onların dərdi? Şərq qadınını azad etmək. Nədən? Şəriətin kəməndindən, müsəlmançılığın zəncirindən, hərəmxanaların zindanından, qara çarşabın zülmətindən”
Bu fikirlər Cəlil Məmmədquluzadənin 1924-cü ildə qələmə aldığı “Köhnə dərdim” məqaləsindəndir…
Bu sözlər təxminən bir əsr əvvəl yazılıb. Bəs biz bu gün haradayıq? Qadının təhsili, azadlığı haqqında mübahisələr hələ də bitməyibsə, deməli, tarixdəki mübarizənin dərslərini tam mənimsəməmişik.
Bəzən mənə elə gəlir ki, tarixdən heç nə öyrənmirik. İllər keçib, nəsillər dəyişib, amma bu gün hələ də qız uşağının təhsil almasına, dünyagörüşünün formalaşmasına qarşı çıxan düşüncələrlə üz-üzəyik. Daha ağırı isə odur ki, bəziləri bunu din adı altında etməyə çalışır.
Bir düşünün, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir kimi ziyalılar hansı cəmiyyət üçün mübarizə aparırdılar?
Onlar qadının hüquqsuzluğuna, mövhumata, qızların təhsildən uzaq saxlanılmasına, köhnə adətlərin insan taleyini müəyyənləşdirməsinə qarşı çıxırdılar. Çünki anlayırdılar ki, cəmiyyətin yarısını təşkil edən qadını savadsız, asılı vəziyyətdə saxlamaqla heç bir xalq irəli gedə bilməz.
Mirzə Fətəli Axundzadə “Molla Nəsrəddin” jurnalından hələ xeyli əvvəl qadın hüquqları və cəmiyyətin tərəqqisi haqqında düşünən, yazan ziyalı idi. Onun mübarizəsi bir jurnalın nəşri ilə başlamamışdı. O, köhnə düşüncə tərzini, mövhumatı və insanın azadlığına mane olan qaydaları tənqid edirdi. Sonralar “Molla Nəsrəddin” bu mübarizənin ən güclü tribunalarından birinə çevrildi.
Ömər Faiq Nemanzadə müsəlman qadınının vəziyyətini açıq şəkildə müzakirəyə çıxarır, onun üzünü açması və təhsil alması məsələlərinə toxunurdu. Mirzə Ələkbər Sabir isə satirik şeirləri ilə qız uşaqlarını məktəbdən uzaq tutan, onları vaxtından əvvəl ərə verməyə çalışan düşüncə tərzini ifşa edirdi.
Cəfər Cabbarlının “Sevil” əsərində Sevil çadrasını çıxararaq azadlığa doğru addım atırdı. O, öz həyatına sahib çıxmaq, cəmiyyətin qoyduğu qadağalardan qurtulmaq istəyirdi. Bu gün isə qəribə bir mənzərə ilə qarşılaşırıq, bir vaxtlar qızlarımız çadranı çıxararaq azadlıq tələb edirdilər, indi isə bəzi qızlarımız hicab taxaraq azadlıq tələb edirlər.
İndi gəlin bu tarixdən bu günə qayıdaq.
Məktəblərin şüşələri sındırılırsa, mollalar məktəbə gedib dini şüarlar səsləndirirsə, tədrisə mane olunursa, təhsil müəssisələri hədəfə çevrilirsə, bir az dayanıb düşünməliyik. Biz nəyi müdafiə edirik? Uşaqların gələcəyini, yoxsa onların gələcəyinə mane olan düşüncələri?
Məktəbin pəncərəsini sındırmaq asandır. Onu düzəltmək üçün də pul tapmaq olar. Bəs bir şagirdin içində elmə, öyrənməyə, öz gələcəyini qurmağa qarşı nifrət yaradılarsa, onu necə düzəldəcəyik? Onun itirdiyi illəri kim qaytaracaq? Şagirdin dünyagörüşünü məhdudlaşdırıb sonra ondan savadlı, müstəqil və güclü şəxsiyyət olmasını gözləmək nə dərəcədə məntiqlidir? Din adı altında təhsilə qarşı çıxmaq xüsusilə təhlükəli yanaşmadır. Çünki burada artıq söhbət təkcə məktəb binasından və dərs cədvəlindən getmir…
Cahil düşüncələrinizi din adı altında yaymayın. Azərbaycan qadını əsrlər boyu öz hüquqları uğrunda mübarizə aparıb. İndi bizim vəzifəmiz onu yenidən qaranlığa qaytarmaq deyil, qazandığı imkanları qorumaqdır. Məktəbləri dağıtmaqla, təhsilə mane olmaqla yox, elmə və biliyə üstünlük verməklə cəmiyyət inkişaf edə bilər.
Yenisabah
01:20 / 13 Oktyabr 2026
33
00:44 / 13 Oktyabr 2026
219
00:38 / 13 Oktyabr 2026
115
00:35 / 13 Oktyabr 2026
327
00:33 / 13 Oktyabr 2026
77
00:13 / 13 Oktyabr 2026
103
00:08 / 13 Oktyabr 2026
184
00:07 / 13 Oktyabr 2026
160
00:05 / 13 Oktyabr 2026
110
23:56 / 12 Oktyabr 2026
86
23:49 / 12 Oktyabr 2026
169
23:46 / 12 Oktyabr 2026
801
23:32 / 12 Oktyabr 2026
127
23:25 / 12 Oktyabr 2026
104
23:17 / 12 Oktyabr 2026
137
23:16 / 12 Oktyabr 2026
110
23:14 / 12 Oktyabr 2026
179
23:04 / 12 Oktyabr 2026
86
23:04 / 12 Oktyabr 2026
1205
23:01 / 12 Oktyabr 2026
120
22:54 / 12 Oktyabr 2026
130
22:43 / 12 Oktyabr 2026
139
22:42 / 12 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.