Qurban Bayramov vəfat etdi - FOTO
03 Noyabr 2026, 06:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4270
11.10.2026, 20:09
“Dövlət təhsil müəssisələrində şagird və müəllimlərin geyimi ilə bağlı qəbul edilmiş qərarda hicabın qadağan olunmasına dair ayrıca və konkret müddəa yoxdur”.
Oxu24.com xəbər verir ki, bunu APA-ya açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin təsisçisi və sədri Hafiz Səfixanov bildirib.
O qeyd edib ki, Nazirlər Kabinetinin dövlət təhsil müəssisələrində şagird və müəllimlərin geyim qaydaları ilə bağlı qərarından sonra sosial şəbəkələrdə geniş müzakirələr başlayıb. Dominos pizza
“Bu məsələyə həm hüquqi, həm də dini baxımdan münasibət bildirilir. Azərbaycan Konstitusiyasında dinin dövlətdən ayrı olduğu, bütün dini etiqadların qanun qarşısında bərabərliyi təsbit edilib. Eyni zamanda, dini mərasimlərin yerinə yetirilməsi ictimai qaydaları pozmadığı halda sərbəstdir”, – deyə o bildirib.
H.Səfixanov vurğulayıb ki, Konstitusiyaya əsasən, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
“Qərarın mətnindən də görünür ki, burada hicabla bağlı ayrıca və konkret hansısa qadağa nəzərdə tutulmayıb. Qərarla həm müəllimlər, həm də şagirdlər üçün vahid geyim formaları müəyyənləşdirilir. Eyni zamanda, dövlət təhsil müəssisələrinə idman üslubunda və ya açıq-saçıq geyimdə gəlməyə məhdudiyyət qoyulur”, – deyə ictimai birlik sədri bildirib.
Onun sözlərinə görə, qərarın qəbulundan sonra bəzi xarici dövlətlərin dini və siyasi dairələri bu məsələdən Azərbaycana qarşı kampaniya aparmaq məqsədilə istifadə etməyə çalışırlar.
“Bəzi dövlətlərin dini və siyasi dairələri qərarın mahiyyətini öz bildikləri kimi yozaraq bundan ölkəmizə qarşı çirkin kampaniya kimi istifadə etməyə çalışırlar. Belə hallara dünyanın bir sıra ölkələrində də rast gəlinir. Dövlətlər öz təhlükəsizlik məsələlərini, mövcud təhdidləri və milli maraqlarını nəzərə alaraq müəyyən qərarlar qəbul edirlər”, – deyə Hafiz Səfixanov əlavə edib.
Onun fikrincə, təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi məsələsinə dövlətin dünyəvilik prinsipi və milli maraqları çərçivəsində yanaşılmalıdır.
06:33 / 03 Noyabr 2026
11
03:05 / 03 Noyabr 2026
85
02:30 / 03 Noyabr 2026
143
01:55 / 03 Noyabr 2026
154
00:25 / 03 Noyabr 2026
169
00:20 / 03 Noyabr 2026
359
00:15 / 03 Noyabr 2026
258
00:15 / 03 Noyabr 2026
167
00:06 / 03 Noyabr 2026
325
23:44 / 02 Noyabr 2026
280
23:39 / 02 Noyabr 2026
141
23:38 / 02 Noyabr 2026
138
23:37 / 02 Noyabr 2026
191
23:32 / 02 Noyabr 2026
135
23:28 / 02 Noyabr 2026
141
23:24 / 02 Noyabr 2026
282
23:19 / 02 Noyabr 2026
167
23:12 / 02 Noyabr 2026
143
23:05 / 02 Noyabr 2026
172
23:05 / 02 Noyabr 2026
150
22:55 / 02 Noyabr 2026
542
22:48 / 02 Noyabr 2026
491
22:44 / 02 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.