Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
343
11.10.2026, 18:08
Dövlət ümumi təhsil müəssisələrində şagird və müəllimlərin geyimi ilə bağlı tələblər müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Bu qaydalar məktəblərdə vahid yanaşmanın formalaşdırılması, təhsil prosesinin təşkili, daxili intizamın qorunması və işgüzar mühitin təmin olunmasını nəzərdə tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” sənədinə dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir. Bununla yanaşı, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə icazə verilir.
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli AZƏRTAC-a açıqlamasında məktəbdə müəyyən edilmiş geyim qaydalarının hamıya eyni prinsiplərlə tətbiqinin şagirdlər arasında bərabərliyin qorunmasına və diqqətin tədris prosesinə yönəldilməsinə xidmət etdiyini bildirib. Ekspertin fikrincə, məktəb tədris prosesinin həyata keçirildiyi xüsusi mühitdir və burada ümumi qaydalara riayət olunması vacibdir. Geyim tələblərinin vahid prinsiplərlə tətbiqi məktəbdə nizamlı mühitin formalaşmasına, mümkün mübahisələrin və ayrı-seçkilik hallarının qarşısının alınmasına kömək edə bilər.
Təhsil eksperti valideynlərin də müəyyən edilmiş qaydalara anlayışla yanaşmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, həm müəllimlərin, həm də şagirdlərin geyimlə bağlı tələblərə əməl etməsi məktəbdə vahid yanaşmanın və ümumi qaydalara hörmətin təmin olunması baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” də təsdiq edilib. Tələblərə əsasən, təhsilverənlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməli, müəllimin əmək funksiyalarının icrasına mane olmamalıdır. Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı isə məşğələnin xarakterinə və iş şəraitinə uyğun funksional, rahat geyimlərdən istifadəyə imkan verilir.
Beləliklə, şagird və müəllimlərin geyimi ilə bağlı tələblər ayrı-ayrı sənədlərlə tənzimlənsə də, ümumi məqsəd məktəbdə müəyyən edilmiş qaydaların ardıcıl tətbiqini və təhsil prosesinin təşkilini təmin etməkdir.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.