ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - AÇIQLAMA
03 Noyabr 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
749
10.10.2026, 19:16
Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi dialoqu ilə diqqət çəkən azyaşlının kimliyi məlum olub.
Oxu24.com xəbər verir ki, Prezidentə “Mən sizi çox istəyirəm” deyən uşaq Əməkdar artist, xanəndə Babək Niftəliyevin oğlu Ömər Niftəliyevdir.
Oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən MDB ölkələrinin Milli Mətbəx Festivalı çərçivəsində Azərbaycan pavilyonunda uşaqların iştirakı ilə musiqi nümunələri təqdim olunub. pizza hut
Həmin vaxt İlham Əliyevlə uşaqlar arasında səmimi söhbət baş tutub. Azyaşlılardan birinin Prezidentə ünvanladığı sözlər sosial şəbəkələrdə və mediada maraqla qarşılanıb.
Məlumata görə, Ömər və qardaşı Cavidan Niftəliyev kiçik yaşlarından musiqi ilə məşğul olur. Onlar atalarının rəhbərliyi ilə Prezidentin qarşısında “Mehriban olaq” mahnısını ifa ediblər.
Babək Niftəliyev açıqlamasında bildirib ki, hər üç övladı Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alır. Onun sözlərinə görə, Ömər məktəbin 3-cü, Cavidan isə 6-cı sinfində oxuyur. Sənətçinin böyük oğlu Mehdi də vokalçıdır və həmin məktəbdə 9-cu sinifdə təhsil alır. Ömərin Türkmənistana səfəri isə onun ilk xarici səfəri olub.
Qeyd edək ki, Babək Niftəliyev Azərbaycan muğam sənətinin tanınmış nümayəndələrindəndir və Əməkdar artist fəxri adını daşıyır.\\Bakivaxti.az

01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.