Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
268
09.10.2026, 17:39
Hicab problemini böhran həddinə gətirmək Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı planlaşdırılan ideoloji təxribatlar silsiləsində bir halqadır.
Bunu Oxu24.com-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı bildirib.
"Öncələr də belə aksiyalar, çağrışlar olub, hay- küy yaradılıb , amma qısa bir vaxtda vəziyyət normallaşıb. İndi vəziyyət bir qədər fərqlidir.Məsələni böhran həddinə gətirib, vətəndaş itaətsizliyi yaratmaq yalnız ölkə daxilindəki xarici təsir agentlərinin, Qumdan təlimat alan qüvvələrin tək işi deyil , Azərbaycanı şəriət dövlətinə çevirmək niyyəti güdən və vaxtaşırı bu yöndə çəhdlər edən İranın niyyətidir. Bilinməlidir ki, Azərbaycanda hicab qadağası yoxdur, vahid məktəbli formasının tətbiq olunması tələbi var və bu normal qarşılanmalıdır. Küçədə, iş yerlərində, ailələrdə hicablı qadınlara , dini inanclılara cəmiyyətdə heç bir ayrı- seçkiliyin kiçik bir elementi belə yoxdur. Ancaq bu tələblər dövlət təhsil müəsisələrinə aiddir. Çünki bizim Ana Yasamızda Din Dövlətdən ayrıdır. Dövlət öz Ana Yasasındakı müddəalara sahib çıxır. Azərbaycana qarşı yönələn, sosial media şəbəkələrində qaldırılan iftiralara , təhdidlərə, yalançı təbliğat kampaniyalarına qarşı milli birliyimizi , sakin duruşumuzu itirməməliyik. Qısaca, biz şəriət dövləti istəmirik, Azərbaycan Xalq Cümhuriyyətini quran babalarımızın dövlət modelini dəyişmək yalnız kimlərinsə puç olacaq xəyallarında yaşayacaq",-deyə A.Aşırlı bildirib.
Nigar
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.