Qaz limitləri ilə bağlı YENİ TƏKLİF
13 Oktyabr 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
191
09.10.2026, 13:03
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
ƏƏSMN-dən Oxu24.com-a verilən məlumata görə, müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Bildirilib ki, müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirə zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli, Nazirliyin şöbə müdiri və ərazi partiya təşkilatının sədr müavini Fazil Talıbov çıxış edərək dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında müəyyən etdiyi strateji hədəflərin və qarşıya qoyduğu vəzifələrin əhəmiyyətindən danışıblar. Çıxışlarda vurğulanıb ki, Yeni Azərbaycan Partiyası ölkədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin, ictimai-siyasi sabitliyin və sosial-iqtisadi inkişafın təmin olunmasında fəal rol oynayır. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, milli maraqların etibarlı şəkildə qorunmasına və ölkənin davamlı inkişafına geniş imkanlar yaradıb. Natiqlər dövlətçilik ənənələrinə sadiqliyin, milli maraqların üstün tutulmasının, vətəndaşlara xidmət və diqqətin, eləcə də üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmanın hər bir YAP üzvünün fəaliyyətinin əsas prinsiplərindən olmasının vacibliyini diqqətə çatdırıblar. Qeyd olunub ki, partiyanın cəmiyyətdə geniş nüfuza malik olması və xalqla sıx əlaqələri onun qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsində mühüm amildir. Çıxışlarda gənc nəslin milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə və vətənpərvərlik ruhuna bağlı şəkildə formalaşdırılmasının, onların elm və təhsil sahələrinə, müasir innovasiyalara və ictimai proseslərə fəal şəkildə cəlb edilməsinin əhəmiyyəti xüsusi qeyd olunub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin ölkənin müasir tarixində mühüm dönüş nöqtəsi olduğu vurğulanaraq, əldə olunan tarixi nailiyyətlərin gənc nəslə düzgün çatdırılmasının vacibliyi bildirilib. Müşavirədə qarşıdakı dövrdə ərazi partiya təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi, partiya üzvlərinin ictimai fəallığının artırılması, həmrəyliyin möhkəmləndirilməsi və qarşıya qoyulan vəzifələrin yüksək məsuliyyətlə icra olunması ilə bağlı fikir və təkliflər səsləndirilib. Sonda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa dəstəyin davam etdirilməsinin, Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsədlərin reallaşdırılmasında fəal iştirakın və ərazi partiya təşkilatının fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.
01:20 / 13 Oktyabr 2026
33
00:44 / 13 Oktyabr 2026
219
00:38 / 13 Oktyabr 2026
115
00:35 / 13 Oktyabr 2026
327
00:33 / 13 Oktyabr 2026
77
00:13 / 13 Oktyabr 2026
103
00:08 / 13 Oktyabr 2026
184
00:07 / 13 Oktyabr 2026
160
00:05 / 13 Oktyabr 2026
110
23:56 / 12 Oktyabr 2026
86
23:49 / 12 Oktyabr 2026
169
23:46 / 12 Oktyabr 2026
801
23:32 / 12 Oktyabr 2026
127
23:25 / 12 Oktyabr 2026
104
23:17 / 12 Oktyabr 2026
137
23:16 / 12 Oktyabr 2026
110
23:14 / 12 Oktyabr 2026
179
23:04 / 12 Oktyabr 2026
86
23:04 / 12 Oktyabr 2026
1205
23:01 / 12 Oktyabr 2026
120
22:54 / 12 Oktyabr 2026
130
22:43 / 12 Oktyabr 2026
139
22:42 / 12 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.