ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - AÇIQLAMA
03 Noyabr 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
333
08.10.2026, 18:50
Avropa İttifaqı Çindən hibrid avtomobillərin idxalını məhdudlaşdırmağa hazırlaşır. Aİ Çin istehsalı olan hibrid avtomobillərin Avropa bazarında sürətlə artan payının qarşısını almaq məqsədilə idxala məhdudiyyət tətbiq etməyi nəzərdən keçirir.
Azərbaycanda da belə qadağa qoyulması gözləniləndir?
Oxu24.com xəbər verir ki ,Demokrat.az-a bu barədə nəqliyyat üzrə ekspert Razil Nağıyev bildirib ki, Aİ-nin Çin istehsalı hibrid avtomobillərə mümkün məhdudiyyət tətbiq etməsi ilə Azərbaycanın eyni addımı atması arasında ciddi fərq var.
Azərbaycanda Çin avtomobillərinin taleyi belə olacaq — Açıqlama
Onun sözlərinə görə, Aİ burada əsasən öz avtomobil sənayesini Çin istehsalçılarının sürətli genişlənməsindən qorumağa çalışır:
"Azərbaycanda isə hazırda Çin avtomobilləri ilə rəqabət aparan genişmiqyaslı yerli minik avtomobili istehsalı olmadığı üçün belə bir risk Aİ-dəki qədər aktual deyil. Əksinə, Azərbaycanda Çin avtomobillərinin bazardakı payı sürətlə artıb. 2025-ci ildə ölkəyə gətirilən 73 678 hibrid avtomobilin 62 488-i Çinin payına düşüb. Eyni zamanda, Azərbaycan Çin şirkətləri ilə elektrik avtomobillərinin və digər nəqliyyat vasitələrinin yerli istehsalı üzrə əməkdaşlığı genişləndirir".
Ekspert əlavə edib ki, bu səbəbdən Azərbaycanda yaxın perspektivdə Çin istehsalı hibrid avtomobillərə birbaşa qadağa və ya Aİ modelində kvota tətbiq ediləcəyini ehtimal etmir:
"Daha real variant vergi, gömrük və texniki tələblər vasitəsilə bazarın tənzimlənməsidir. Burada əsas məsələ gələcəkdə yerli istehsalın hansı səviyyəyə çatacağı olacaq. Əgər Azərbaycanda avtomobil istehsalı və yığımı genişlənərsə, daxili istehsalçıların qorunması məsələsi də daha ciddi şəkildə gündəmə gələ bilər".
Qeyd edək ki, ittifaq Çindən gətirilən hibrid avtomobillər üçün idxal kvotası müəyyənləşdirməyi planlaşdırır. Təklifin əsas məqsədlərindən biri Avropa avtomobil istehsalçılarını qorumaq və Çinlə ticarət kəsirini azaltmaqdır. Qeyd olunur ki, son bir ildə Çindən Avropa İttifaqına plug-in hibrid avtomobillərin idxalı 86 faiz artıb. Eyni dövrdə bu avtomobillərin orta qiyməti təxminən 20 faiz azalıb. Aİ-nin təklifinə əsasən, Çin hibrid avtomobillərinin Avropa bazarındakı payının müəyyən həddə saxlanılması nəzərdə tutulur. Hazırda isə söhbət tam idxal qadağasından deyil, məhdudiyyət və kvota mexanizmindən gedir.
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.