Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
229
08.10.2026, 14:40
Bakı şəhəri Tərlan Heybətov adına “Vətən” idman liseyinin direktoru Tərminə Əsədova ilə bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilib.
Oxu24.com bu barədə anews.az-a istinadən xəbər verir.
Müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilib. Həmin bənd əmək müqaviləsinin işçinin təşəbbüsü ilə dayandırılmasını nəzərdə tutur.
Əsədovanın adı bu ilin avqustunda liseydə müəllimin valideyndən pul alması ilə bağlı yayılan media materiallarında da çəkilib.
Bəzi saytlarında dərc olunan yazılarda liseyin müəllimi Pünhan Pənahovun məzunlardan birinin valideynindən Dövlət İdman Akademiyasına qəbul imtahanı ilə bağlı kömək vədi qarşılığında 5 500 manat aldığı iddia olunub. Həmin yazılarda Pənahovun Əsədovaya arxalandığı və məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı bildirilib.
Əsədova daha əvvəl 126 saylı məktəbin direktoru olarkən də mətbuatda işıqlandırılıb.
2019-cu ildə yayımlanan xəbərdə həmin məktəbin ibtidai sinif şagirdlərinin qonşu 244 saylı məktəbə köçürülməsi ilə bağlı sakinlərin narahatlığı və direktorun məsələni şərh etməkdən imtina etməsi qeyd olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə ibtidai siniflərin köçürüldüyünü və məktəbin bazasında “Vətən” idman liseyinin yaradıldığını bildirmişdi.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.