Birinci vitse-prezident Mehriban Əliyeva bu tamaşanı izləyib -FOTOLAR
02 Noyabr 2026, 00:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
409
07.10.2026, 10:57
Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsi, Azərbaycanın Ərazi Bütövlüyünün bərpa, Dövlət Suverenliyinin təmin olunması Prezident İlham Əliyevin sarsılmaz iradəsinin, dünyanın bütün supergücləri ilə qeyri-bərabər mübarizədə nümayiş etdirdiyi fədakarlığın nəticəsidir.
Oxu24.com xəbər verir ki,bu haqda Əməkdar jurnalist Mirşahin Ağayev öz sosial şəbəkə hesablarında paylaşım edib.
"Bu ilahi ədaləti, təkzibolunmaz həqiqəti şübhə altına almaq fikrinə düşənlər, ən yumşaq desək şəhidlərimizin ruhunu təhqir edən xəyanətkarlardır. Azərbaycanın bütün cəbhə boyu, təkbaşına apardığı savaşda qazandığı qələbəyə özgələrini şərik qoşanlar, Prezident İlham Əliyevin müxtəlif vaxtlarda və ayrı-ayrı hallarla bağlı ifadə etdiyi fikirləri indi kontekstdən çıxararaq ideoloji təxribat vasitəsinə çevirənlər, qarşısında yaxın tariximizin şahidlərini görməlidirlər və görəcəklər! Bizi görəcəklər!!! Bəli, torpaqlarımızın beşdə biri 30 il işğal altında qalıb.
Nə BMT, nə bir başqa qurum, nə də hər hansı dövlət barmaq barmağa vurub. Bəli, milyon nəfərə yaxın qaçqın və köçkünümüzü Azərbaycan saxlayıb-min bir əzabla: vaqonda, çadırda, yataqxanada, şaxtada, qızmarda, qarda, yağışda…
Azərbaycan dövləti Ali Baş komandan İlham Əliyevin rəhbərliyi, məsuliyyəti altında Vətən Müharibəsi aparıb, Antiterror əməliyyatı aparıb-Qələbə qazanıb. Ermənistana, onun bütün havadarlarına təkbaşına qalib gəlib. İndi, artıq hər şey arxada qalandan, Böyük Qayıdış tam sürət götürəndən, keçmiş köçkünlər öz yurd-yuvasına qayıdandan sonra kimlərisə meydana atmaq ki, bunlar da var?!… Ayıbdır! Vicdansızlıqdır! Qədirbilməzlikdir! Milli Qürurumuzu, Xalqımızın mənliyini xilas edən liderə “Sağ ol! Yaşa! Var ol! Həmişə uca ol, sən ki bizi ucaltdın!” demək əvəzinə əxlaqsızlıq püskürmək? Cavab tapa bilmirəm! Azərbaycan “Artsaxın ordusu var, razılaşsaz da, razılaşmasaz da dövlətdir”-deyə ağzını erməni …tazına dirəyənini də, “Kaş bizim prezidentimiz Paşinyan olaydı!” deyə xiffət çəkməklə şəhid atasını gordan çıxaranı da unutmayıb. Zəfərimizə
kimin şübhəsi var?
Kimin vicdanı kordur?
Hansı dərənin Sevinc Osmanqızı, hansı “təpənin” Qurban Məmmədovu, hansı duvarın Fuad Qəhrəmanlı dibi, hansı antisanitariya rütubətinin Tural Sadıqlı və ya sədaqətsizliyin Abid Qafarlı törəməsi, dilinin ünsiyyət ya cinsiyyət vasitəsi olduğunu çaşdıran istənilən xaric qaravaşlarını, ümumiyyətlə Azərbaycan dilində danışan-danışmayan təxribatçıları, özünü üzdə bir, arxada iki, üç, dörd… aparan çoxüzlüləri, riyakarları-uydurduğu yalanı, atdığı iftiranı harda qusmasından asılı olmayaraq hər kəsi yadda saxlayırıq! Azərbaycanın tarixi nailiyyətini-Ümumxalq Qələbəsini ləkələyənlər, Bazar Gününü gözləməyin! Bütün tarixi gerçəkləri, faktları, dəlilləri, sənəd-sübutları gözünüzə hər gün soxacaq, həqiqətin cəhənnəmini sizə bu dünyada hər fürsətdə yaşadacağıq! Borc olsun!",-deyə M.Ağayev qeyd edib.
Nigar
02:55 / 02 Noyabr 2026
38
01:12 / 02 Noyabr 2026
99
00:41 / 02 Noyabr 2026
154
00:26 / 02 Noyabr 2026
135
00:06 / 02 Noyabr 2026
361
23:52 / 01 Noyabr 2026
269
23:45 / 01 Noyabr 2026
890
23:40 / 01 Noyabr 2026
123
23:27 / 01 Noyabr 2026
190
23:25 / 01 Noyabr 2026
472
23:14 / 01 Noyabr 2026
203
23:00 / 01 Noyabr 2026
480
22:56 / 01 Noyabr 2026
138
22:04 / 01 Noyabr 2026
143
21:49 / 01 Noyabr 2026
159
21:49 / 01 Noyabr 2026
144
21:26 / 01 Noyabr 2026
315
21:14 / 01 Noyabr 2026
337
20:55 / 01 Noyabr 2026
275
20:49 / 01 Noyabr 2026
127
20:35 / 01 Noyabr 2026
797
20:24 / 01 Noyabr 2026
164
20:20 / 01 Noyabr 2026
368
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.