Kombi istifadə edənlərin NƏZƏRİNƏ
08 Noyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
261
27.09.2026, 21:06
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Oxəbər verir ki, mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, döyüşlərdə şəhidlik zirvəsinə yüksələn, eləcə də yaralanaraq sağlamlığını itirən soydaşlarımızın Vətənə şərəfli xidmətlərindən qürurla bəhs ediblər.
Tariximizə qızıl hərflərlə yazılmış şanlı Zəfərin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi birliyi və fədakarlığı, eləcə də qəhrəman oğullarımızın nümayiş etdirdiyi igidlik və şücaət nümunələri iştirakçıların diqqətinə çatdırılıb.
Mərasimlərdə Vətən müharibəsi, eləcə də postmüharibə dövründə ordumuz tərəfindən həyata keçirilmiş digər uğurlu əməliyyatların regionda sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verdiyi xüsusi qeyd edilib.
Silsilə tədbirlər çərçivəsində hərbi qulluqçular şəhidlər xiyabanlarını, şəhid ailələrini ziyarət edib, şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsinə ehtiram nümayiş etdiriblər.
Şəxsi heyət üçün təşkil edilmiş hərbi vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlərdə döyüş iştirakçıları xatirələrini bölüşüb, Vətən müharibəsi haqqında sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, hərbi qulluqçuların təşəbbüsü ilə ağacəkmə aksiyaları həyata keçirilib.
Anım Günü münasibətilə 27 sentyabr saat 12:00-da Azərbaycan Ordusunun bütün şəxsi heyəti tərəfindən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



15:17 / 08 Noyabr 2026
1
15:13 / 08 Noyabr 2026
30
14:59 / 08 Noyabr 2026
51
14:54 / 08 Noyabr 2026
62
14:49 / 08 Noyabr 2026
87
14:44 / 08 Noyabr 2026
129
14:31 / 08 Noyabr 2026
89
13:45 / 08 Noyabr 2026
248
13:35 / 08 Noyabr 2026
520
13:21 / 08 Noyabr 2026
113
13:16 / 08 Noyabr 2026
125
13:06 / 08 Noyabr 2026
133
12:47 / 08 Noyabr 2026
339
12:46 / 08 Noyabr 2026
112
12:39 / 08 Noyabr 2026
113
12:35 / 08 Noyabr 2026
668
12:29 / 08 Noyabr 2026
142
12:28 / 08 Noyabr 2026
137
12:27 / 08 Noyabr 2026
123
12:22 / 08 Noyabr 2026
126
12:17 / 08 Noyabr 2026
125
12:16 / 08 Noyabr 2026
141
12:14 / 08 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.