“Biz 30 illik həsrəti 44 günə bitirdik!”
08 Noyabr 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
273
26.09.2026, 21:58
Sentyabrın 24-də İsrail Baş nazirinin BMT iclasında tribunaya qalxarkən Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi ilə bağlı çox əcaib kampaniya aparılır. Təəssüf ki, bu kampaniya qardaş Türkiyə mediasından qaynaqlanır, ordakı həmkarıarlarımız çox ədalətsiz iddialar irəli sürür, əməlli-başlı manipulyasiya ilə məşğul olurlar.
Bəli, B.Netanyahu BMT Baş Məclisinin 81-ci sessiyasında çıxış üçün tribunaya yaxınlaşanda müsəlman ölkələri qarışıq xeyli diplomat etiraz əlaməti olaraq nümayişkaranə şəkildə zalı tərk edib. Amma ölkələrin heç də hamısı onlara qoşulmayıb. ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Kanada, Çin və bir sıra digər ölkələrin nümayəndələri Netanyahu çıxış edərkən yerlərində qalıblar.
Undi hay-küy salınır ki, niyə Bəhreyn, BƏƏ, Azərbaycan, Qazaxıstan, Albaniya və Seneqal kimi müsəlman ölkələrinin nümayəndələri zalda qalıb? Cavab çox sadədir: bu ölkələrin İsraillə normal münasibətləri var.
Məsələn, BƏƏ və Bəhreyn "İbrahim sazişləri"ndən sonra İsraillə münasibəti olmayan ölkələrdən onun açıq tərəfdaşlarına çevrilibilər. Müharibə fonunda da bu diplomatik və hərbi əlaqələr saxlanılır.
Qazaxıstanla da münasibətlər istidir: ticarət, texnologiya, kənd təsərrüfatı, turizm. Albaniya İsraillə texnologiya, kibertəhlükəsizlik və iqtisadiyyat sahələrində fəal əməkdaşlıq edir. Seneqalla münasibətlər daha az diqqət çəkir və vaxtaşırı böhranlar yaşanır, lakin diplomatik əlaqələr davam edir.
İsrailin Azərbaycanla da
uzunmüddətli strateji tərəfdaşlığı var-neft, texnologiya, təhlükəsizlik və s. Və bu münasibətlər təkcə bugünə deyil, həm də xoş izləri olan keçmişə əsaslanır. Yəni ortada İsraillə dostluq və strateji əməkdaşlıq var. Türkiyə isə bizim qardaşımız, canımız, qanımızdır.
Digər tərəfdən, Türkiyə də, İsrail də ABŞ-nin müttəfiqidir, aralarındakı narazılıqlara baxmayaraq, yeri gəldikdə Yaxın Şərq bölgəsində təhlükəsizliklə bağlı əməkdaşlıq edirlər. Yəni Neyanyahuya görə Azərbaycan əleyhinə bu cür incidici kampaniya aparmaq mənasız hərəkətdir. Ən azı bunu bilmək lazımdır ki, hər hansı iclasda-indiki halda BMT-nin iclas zalında olmaq hələ Netanyahunun hansısa sözünü dəstəkləmək demək deyildir. Yəni belə cılız şeylərdən yanlış nəticələr çıxarmaq, bunun üzərində ucuz təbliğat kampaniyası qurmaq qardaşlığa yaraşmaz.
Professor Qulu Məhərrəmli
16:34 / 08 Noyabr 2026
456
16:25 / 08 Noyabr 2026
67
16:12 / 08 Noyabr 2026
121
16:06 / 08 Noyabr 2026
153
15:17 / 08 Noyabr 2026
141
15:13 / 08 Noyabr 2026
531
14:59 / 08 Noyabr 2026
123
14:54 / 08 Noyabr 2026
117
14:49 / 08 Noyabr 2026
124
14:44 / 08 Noyabr 2026
248
14:31 / 08 Noyabr 2026
133
13:45 / 08 Noyabr 2026
313
13:35 / 08 Noyabr 2026
742
13:21 / 08 Noyabr 2026
160
13:16 / 08 Noyabr 2026
154
13:06 / 08 Noyabr 2026
154
12:47 / 08 Noyabr 2026
900
12:46 / 08 Noyabr 2026
136
12:39 / 08 Noyabr 2026
132
12:35 / 08 Noyabr 2026
805
12:29 / 08 Noyabr 2026
161
12:28 / 08 Noyabr 2026
156
12:27 / 08 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.