Müqavilə İMZALANDI: Onlara təqaüd veriləcək
03 Noyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
914
22.09.2026, 16:19
“Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə 23.09.2026-cı il tarixindən “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz olacaq.
Oxu24.com xəbər verir ki, bu imkanla Sumqayıt, Xırdalan şəhərləri, Bakı–Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonları nın bir sıra ərazilərindən gələn sərnişinlərin “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadəsi asanlaşacaq.
Beləliklə, qeyd olunan istiqamətlərdən gələn sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.
Nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılmış monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında müəyyən edilmiş zəruri istiqamətlər üzrə bir sıra avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi nəzərdə tutulur.
Görülən tədbirlər Yaşıl və Bənövşəyi xətlərlə Qırmızı xətt arasında daha rahat və alternativ hərəkət imkanlarının yaradılmasına, sərnişinlərin vaxt və maliyyə itkisinin azaldılmasına xidmət edəcək.
Bununla da xətlərin ayrılması layihəsinin icrası müddətində sərnişin axınlarının daha səmərəli bölüşdürülməsi, şəhərin giriş istiqamətlərində ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılması və sərnişinlər üçün alternativ marşrutların genişləndirilməsi təmin olunacaq.
16:51 / 03 Noyabr 2026
15
16:43 / 03 Noyabr 2026
29
16:35 / 03 Noyabr 2026
75
16:31 / 03 Noyabr 2026
78
16:23 / 03 Noyabr 2026
324
16:21 / 03 Noyabr 2026
80
16:13 / 03 Noyabr 2026
92
16:01 / 03 Noyabr 2026
177
15:55 / 03 Noyabr 2026
119
15:52 / 03 Noyabr 2026
62
15:20 / 03 Noyabr 2026
98
15:05 / 03 Noyabr 2026
101
14:50 / 03 Noyabr 2026
102
14:50 / 03 Noyabr 2026
116
14:30 / 03 Noyabr 2026
191
14:24 / 03 Noyabr 2026
251
14:21 / 03 Noyabr 2026
231
14:15 / 03 Noyabr 2026
142
13:53 / 03 Noyabr 2026
119
13:49 / 03 Noyabr 2026
153
13:37 / 03 Noyabr 2026
499
13:25 / 03 Noyabr 2026
93
13:16 / 03 Noyabr 2026
813
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.