ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - AÇIQLAMA
03 Noyabr 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
270
22.09.2026, 11:39
Mömin Vaçaqanın alimənsəb ruhaniləri, əyanları niyə məhz Aquenə topladığını mən bilmirəm, ancaq bir məsələ gün kimi aydındır: görün Aquen (indinin Ağdamı!), burada yerləşən kilsə albanlar üçün nə qədər mühüm məntəqə, nə qədər müqəddəs məkan olub ki, bunca böyük bir məclis, tarixi qərarların qəbul olunduğu yığıncaq yaxınlıqdakı paytaxtda da yox, məhz orada keçirilib. Çox güman, Aquen kilsəsi xristian albanların dini mərkəzi olub. Əgər qarşıdakı illərdə tariximizin xristianlıq dönəminin öyrənilməsi məqsədilə ciddi elmi axtarışlar, arxeoloji qazıntılar aparılarsa, qismən torpağın dərin qatlarına çöküb unudulmuş, qismən də zəbt olunub mənimsənmiş bir mədəniyyətin ehya olunacağına ümid eləyə bilərik.
Bəli, Albaniya əhalisinin çoxu sonradan müsəlmanlaşdı, ancaq bu, özündən əvvəlki dini-mədəni irsə biganə yanaşmağa bəraət qazandırmır. Necə deyərlər, yeməyənin payını yeyərlər – bir də onda ayıldıq ki, Azərbaycan ərazisindəki xristian mədəniyyəti qalıqları bütün dünyaya erməni-qriqorian irsi kimi təqdim olunur. Xaçbulaq yaylağının adını “Xoşbulaq”, Xaççobanlı kəndinin adını “Xoşçobanlı”, Zümürxaçın adını “Zümürxan” şəklinə salmaqla vəziyyətdən çıxmaq istədik. Hələ də anlamıram, bu cür bayağı ideyalar insanın ağlına necə gələ bilər, anlamıram ki, xaç fobiyası bu cür tolerant ölkədə yaşayan insanların qəlbinə necə, niyə yol tapıb. Neyləyə bilərik, xristianlıq bu torpaqlarda yayılanda islam dini hələ meydana gəlməmişdi – bundan rəncidə olmağına, yaxud Məhəmməd peyğəmbərdən artıq müsəlmanlıq iddiasına düşməyinə dəyməz. Çarmıx simvolu əsla qriqorian məzhəbinin özəl mülkü, yainki ermənilərin dədə-baba mirası deyil.
Albaniya ərazisində islamın yayılmasından sonra azlıqda qalan xristian əhalinin erməni-qriqorian kilsəsinin təsiri altına düşməsi, daha doğrusu, boyunduruğuna salınması haqda görkəmli tarixçilərimiz yerli-yataqlı yazıblar. Mərhum akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” adlı dəyərli kitabında hətta erməni katolikosunun ərəb xəlifəsinə alban katolikosundan yazdığı “donos”un mətnini də dərc eləyib. Bəlli olduğu kimi, bu çuğullamadan sonra xəlifə alban katolikosunu ağır cəzalandırmışdı, Alban Apostol kilsəsinin avtokefallığını alıb, onu erməni-qriqorian kilsəsinin tabeçiliyinə vermişdi. Əgər bir alimənsəb xaçpərəst ruhani başqa bir alimənsəb xaçpərəsti onlara yad dinin rəhbərinə satırsa, onun öz peyğəmbərini qəpik-quruşa dəyişmiş həvari Yəhudadan fərqi yoxdur; demək, burada məqsəd dinin saflığını qorumaq, məzhəb çəkişməsində haqlı çıxmaq deyil, dindaşlarının mədəni irsini yağmalamaq, dini hakimiyyətini mənimsəmək hesabına öz mənsəbini artırmaq, öz məzhəbinin arealını daha da genişləndirməkdir. Belə deyilsə, nədən erməni ruhaniləri Alban Apostol kilsəsinin izini bu torpaqlardan silmək üçün əsrlər boyu əlləşdilər, nəhayət, 1836-cı ildə rus çarının fərmanıyla aşağı-yuxarı 1500 il İsa Məsih ehkamlarının keşiyində dayanmış qocaman bir məbədin fəaliyyətini ləğv elətdilər? Hələ bunlar da azmış kimi, üstəlik, ötən iki əsrin qovuşağında alban kilsəsindən qalma müqəddəs irsi, əvəzsiz yazılı mənbələri (dediklərinə görə) oda qaladılar?
00:25 / 03 Noyabr 2026
27
00:20 / 03 Noyabr 2026
31
00:15 / 03 Noyabr 2026
48
00:15 / 03 Noyabr 2026
46
00:06 / 03 Noyabr 2026
84
23:44 / 02 Noyabr 2026
69
23:39 / 02 Noyabr 2026
72
23:38 / 02 Noyabr 2026
54
23:37 / 02 Noyabr 2026
88
23:32 / 02 Noyabr 2026
81
23:28 / 02 Noyabr 2026
82
23:24 / 02 Noyabr 2026
79
23:19 / 02 Noyabr 2026
115
23:12 / 02 Noyabr 2026
88
23:05 / 02 Noyabr 2026
101
23:05 / 02 Noyabr 2026
100
22:55 / 02 Noyabr 2026
270
22:48 / 02 Noyabr 2026
205
22:44 / 02 Noyabr 2026
89
22:27 / 02 Noyabr 2026
107
22:25 / 02 Noyabr 2026
101
22:22 / 02 Noyabr 2026
89
22:18 / 02 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.