Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
410
21.09.2026, 21:11
Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirilib
Bu gün Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə tarix elmləri doktoru Həsən Həsənovun təqdimatında “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar baş tutub. Tədbirdə Qafqaz Albaniyasının qədim tarixi, saxtalaşdırma cəhdləri, elmi əsasları və bu sahədə mövcud olan aktual problemlər ətraflı müzakirə olunub.
Seminar zamanı Qafqaz Albaniyasının tarixinə dair aparıcı tədqiqatçıların əsərlərinə istinad edilib, erməni saxtakarlığı və tarixi iddiaları elmi faktlarla təkzib olunub.
Seminarda Akademik Fəridə Məmmədovanın tədqiqatlarına əsaslanaraq, Albaniyanın sərhədlərinin Araz çayına qədər uzandığı, Kür-Araz çayarasının məhz Alban torpağı olduğu vurğulanıb. Eyni zamanda, albanların ermənilərin bir qolu deyil, müstəqil xalq və müstəqil kilsəyə malik olduqları elmi dəlillərlə izah edilib.
Davud Axundovun araşdırmalarına istinadən qeyd olunub ki, Albaniya ərazisindəki arxeologiya və memarlıq 100% yerli ənənələr üzərində qurulub və burada erməni ənənələrinin heç bir izi yoxdur.
Ziya Bünyadov və Rəşid Göyüşovun əsərlərinə istinadən bildirilib ki, bir çox regionlardakı xristian ermənilər əslində xristianlaşmış albanlardır və mövcud xristianlıq ənənələrinin ermənilərə heç bir aidiyyəti yoxdur.
Toponimlər və coğrafi tarix: "Kaspi" və Claudius Ptolemey faktoru
Təqdimatda qədim mənbələrə və antikliyin məşhur coğrafiyaşünaslarına istinadən maraqlı coğrafi-tarixi faktlar səsləndirilib:
•”Kaspi" sözünün mənşəyi: "Kaspi" sözünün sırf türk mənşəli olduğu, "sərhəd" mənasını verdiyi izah edilib. Antropoloji olaraq "kas" (üzün sərhədi/qaş) və "pi" (bıçaq/kəsmək) sözlərinin birləşməsindən əmələ gələrək xətt və ya sərhəd mənasını daşıdığı vurğulanıb.
•Claudius Ptolemeyin qeydləri: İkinci əsrin dahi coğrafiyaşünas alimi Ptolemeyin əsərlərindəki Naxçıvan və Fırat/Araz çayı nisbətlərinə toxunulub. Ziya Bünyadov və Nailə xanımın tədqiqatlarına əsasən, mənbələrdəki "Nəzada" (Naşava) şəhərinin məhz Naxçıvanla eyniyyət təşkil etdiyi və Əlincə qalasının yaxınlığında yerləşdiyi elmi olaraq diqqətə çatdırılıb.
Seminar zamanı məktəb dərsliklərindəki mövcud problemlər və cəmiyyətin tarixi məsələlərə yanaşması geniş müzakirə olunub:
•Dərsiklərdəki boşluqlar: Məktəb dərsliklərindəki məlumatların zaman-zaman tənqid olunduğu, bu istiqamətdə aidiyyəti qurumlara, o cümlədən nazirliyə məktublar yazıldığı və 40-a yaxın mühüm mövzunun qaldırıldığı qeyd edilib.
•Vahid mövqe problemi: Cəmiyyətdə və elmi dairələrdə tariximizin bəzi məqamlarına (məsələn, Naxçıvanın qədim coğrafi mövqeyi, Kaspiananın Albaniyadaxili yeri, Atropatenanın yaranma tarixi və s.) dair vahid mövqenin hələ də tam formalaşmadığı təəssüflə qeyd olunub.
Seminarın sonunda iştirakçıların və jurnalistlərin sualları cavablandırılıb. Xüsusilə, ləzgilərin alban tarixi ilə əlaqələri, leg tayfalarının rolu və bu sahədəki spekulyasiyaların qarşısının alınması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Həsən Həsənov gənc tədqiqatçılara və media nümayəndələrinə tarixi həqiqətlərin obyektiv şəkildə təbliğ olunması və elmi əsaslarla cəmiyyətə çatdırılması istiqamətində tövsiyələrini verib.
Çimnaz Telmanqızı
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.