Birinci vitse-prezident Mehriban Əliyeva bu tamaşanı izləyib -FOTOLAR
02 Noyabr 2026, 00:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
236
21.09.2026, 10:18
Hamı əxlaq qoruyucusuna, əxlaq gözətçisinə çevrilib!Biz, niyə bunu müzakirə etməliyik ki? Kimin nəyinə lazımdır? Kimsə atanı, kimsə oğulu qınayır. Sizə nə dəxli
Fazil Mustafa: “Mirçingiz Ağayev məni də toyuna dəvət etmişdi, iştirak etdim. İnsandır, bəlkə, müəyyən dəstək lazımdır? Belə şeyləri bu formada müzakirə etməyi doğru saymıram. Bu cür yanaşmalar cəmiyyətdə, həqiqətən, ciddi deqradasiyadan xəbər verir. Kimsə kiminsə toyuna gedə bilər, ailəiçi münasibətlərdə birinin digərinə münasibəti fərqli ola bilər. Biz niyə bunu müzakirə etməliyik ki? Kimin nəyinə lazımdır? Kimsə atanı, kimsə oğulu qınayır. Sizə nə dəxli? Gedin öz ailənizlə, uşaqlarınızla, onların həyatı ilə məşğul olun!”
Bu sözləri açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Deputat bildirib ki, hamı əxlaq qoruyucusuna, əxlaq gözətçisinə çevrilib: “Cəmiyyət çox ağır proseslərdən keçir. Öz ailə dəyəri olmayanlar ailə məsələsini müzakirəyə çıxarırlar. Öz siyasi keçmişi, şəxsiyyəti olmayan adamlar müəyyən uzun yollar keçmiş insanları müxtəlif formalarda ittiham edirlər. Bu, cəmiyyətdə, həqiqətən də, ciddi problemlər yaşandığını göstərir. Toy məsələsi isə daha acınacaqlı məsələdir. Adam toy edib, atası toya gəlib, ya gəlməyib, sənə nə dəxli? Bəlkə, ailəiçi elə münasibət var, yaxud elə şərtlər ortaya çıxıb ki, iştirak etməyib? Təbii ki, cəmiyyət hər məsələni müzakirə edə bilər, əleyhinə deyiləm. Amma müzakirənin qınayıcı, əxlaq dərsi keçmə baxımından olması düzgün deyil. İctimai şəxslərdir, informasiya verə bilərsən ki, filankəs öz oğlunun toyunda iştirak etməyib, lakin iştirak etməməyin motivi olaraq kimisə linç etmək, təhqir etmək artıq müzakirə deyil, qərəzli yanaşmanın bir formasıdır. Buna görə də bu məsələdə qınayıcı yanaşmaya daha çox üstünlük verirəm”.
02:55 / 02 Noyabr 2026
204
01:12 / 02 Noyabr 2026
140
00:41 / 02 Noyabr 2026
216
00:26 / 02 Noyabr 2026
216
00:06 / 02 Noyabr 2026
476
23:52 / 01 Noyabr 2026
531
23:45 / 01 Noyabr 2026
1444
23:40 / 01 Noyabr 2026
152
23:27 / 01 Noyabr 2026
229
23:25 / 01 Noyabr 2026
599
23:14 / 01 Noyabr 2026
253
23:00 / 01 Noyabr 2026
582
22:56 / 01 Noyabr 2026
160
22:04 / 01 Noyabr 2026
157
21:49 / 01 Noyabr 2026
188
21:49 / 01 Noyabr 2026
188
21:26 / 01 Noyabr 2026
380
21:14 / 01 Noyabr 2026
378
20:55 / 01 Noyabr 2026
318
20:49 / 01 Noyabr 2026
137
20:35 / 01 Noyabr 2026
850
20:24 / 01 Noyabr 2026
182
20:20 / 01 Noyabr 2026
397
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.