ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - AÇIQLAMA
03 Noyabr 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
311
20.09.2026, 19:17
Yay və payızın əvvəllərində evlərdə güvə problemi daha çox yaşanır. Mətbəxdə və ya paltar dolabında uçan güvələr görürsünüzsə, əsas problem həmin həşəratların özləri yox, gizlətdikləri sürfələr ola bilər.
Oxu24.com xəbər verir ki, mütəxəssislər güvə problemini aradan qaldırmaq üçün yalnız xoş qoxulu vasitələrdən və kimyəvi dərmanlardan istifadə etməyin kifayət etmədiyini bildirirlər. Əsas məsələ güvələrin çoxaldığı mənbəni tapmaq və məhv etməkdir.
Qida güvələri evə əsasən un, paxlalılar, çərəzlər və ədviyyatlarla birlikdə gətirilir. Məhsulların üzərində nazik tor və ya bir-birinə yapışmış dənələr görmək onların sürfələrlə yoluxduğunu göstərə bilər.
Belə məhsullar varsa, onları gözlətmədən zibilə atmaq lazımdır. Daha sonra mətbəx rəfləri və dolabların küncləri tozsoranla yaxşıca təmizlənməlidir. Təmizlikdən sonra tozsoranın torbası da dərhal evdən çıxarılmalıdır.
Təmiz göründüyü halda şübhəli olan qablaşdırılmış məhsulları isə -18 dərəcə temperaturda ən azı 4 gün buzluqda saxlamaq məsləhət görülür. Bu üsul məhsulda ola biləcək yumurtaların məhv edilməsinə kömək edir.
Bundan sonra ərzaqları şüşə bankalara və ya qalın plastik qablara yerləşdirmək tövsiyə olunur.
Mütəxəssislər həmçinin lavanda, rozmarin və sidr ağacı kimi qoxuların güvələri uzaqlaşdıra biləcəyini, lakin artıq yaranmış sürfə problemini aradan qaldırmadığını bildirirlər. Buna görə də əsas diqqət güvələrin çoxaldığı mənbənin tapılmasına yönəldilməlidir.

01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.