Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
481
20.09.2026, 00:20
Azərbaycanda yas mərasimi təşkil edən qruplardan biri tərəfindən hazırlanmış xərclər siyahısı diqqət çəkib.
Oxu24.com Bakıvaxtı.az -a istinadən xəbər verir ki, siyahıda bir şəxsin vəfatından sonra dəfn mərasimi, yeddi və qırx mərasimləri, eləcə də qəbir daşının hazırlanması ilə bağlı xərclər əks olunub.
Sənəddə qeyd olunan məlumatlara əsasən, ümumi xərc 69 350 manat təşkil edib.
Xərclərin bölgüsü belədir:
1. Cənazənin gətirilməsi və dəfn xərcləri – 1 550 manat.
2. Dəfn günündən 7 (yeddi) yas mərasiminə kimi palatka (mağar) və ərzaq xərcləri – 16 800 manat.
Bu məbləğin 4 800 manatı çadır, 12 000 manatı isə ərzaq xərcləri kimi göstərilib. Sənəddə çadırın 6 gün müddətinə, gündəlik 800 manat olmaqla hesablandığı qeyd edilib.
3. Bakı şəhərində 7 (yeddi) yas mərasimi üçün mərasim evi – 21 600 manat.
Siyahıda bu xərcin 1 200 nəfər üçün, bir nəfərə 18 manat hesablandığı göstərilib.
4. Dörd dəfə cümə axşamı mərasimi – 6 400 manat.
Burada hər mərasim üçün 1 600 manat olmaqla ümumilikdə 6 400 manat xərc qeyd olunub.
5. 40 (qırx) yas mərasimi üçün çadır və ərzaq xərcləri – 8 000 manat.
Məbləğin 800 manatı çadır, 7 200 manatı isə ərzaq xərcləri kimi göstərilib.
6. Qəbir daşının beton-mərmər hazırlığı işləri – 2 800 manat.
7. Mərmər daşının salınması – 12 200 manat.
Beləliklə, təqdim olunan sənəddəki bütün xərc maddələrinin cəmi 69 350 manat təşkil edir.
Sənəddə yas mərasimlərinin təşkili ilə bağlı xərclərlə yanaşı, qəbir daşının hazırlanması və salınması üçün görülən işlərin dəyəri də ayrıca göstərilib.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.