Suqovuşanda şəhadətə qovuşan ŞƏHİDİMİZ - Onsuz baş tutan 28-ci YAŞ
23 Noyabr 2026, 10:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
359
19.09.2026, 11:50
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə sentyabrın 20-də Xankəndidə keçiriləcək tədbirə hazırlıq işləri davam etdirilir.
Bu barədə Oxu24.com-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 20-də Xankəndi şəhərində Şəhər Günü münasibətilə geniş konsert proqramının keçirilməsi nəzərdə tutulur. Hazırda tədbirin yüksək səviyyədə təşkili məqsədilə şəhərdə müvafiq hazırlıq, abadlıq və təşkilati işlər həyata keçirilir. Konsertin keçiriləcəyi ərazidə texniki hazırlıq işləri görülür, ictimai asayişin və nizam-intizamın təmin edilməsi istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla hər il sentyabrın 20-nin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunmasını müəyyən edib. 20 sentyabr, həmçinin, Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Müvafiq Sərəncam Prezident İlham Əliyev tərəfindən 2024-cü il sentyabrın 19-da imzalanıb.
Xatırladaq ki, Vətən müharibəsində əldə edilmiş Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa edilib. Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin tam bərpasından sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Bölgədə yeni yaşayış məntəqələri salınır, müasir sosial və nəqliyyat infrastrukturu yaradılır, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.
10:26 / 23 Noyabr 2026
1
10:24 / 23 Noyabr 2026
16
10:18 / 23 Noyabr 2026
33
10:10 / 23 Noyabr 2026
204
10:03 / 23 Noyabr 2026
66
09:57 / 23 Noyabr 2026
69
09:53 / 23 Noyabr 2026
74
09:46 / 23 Noyabr 2026
74
09:39 / 23 Noyabr 2026
114
09:35 / 23 Noyabr 2026
82
09:31 / 23 Noyabr 2026
172
09:19 / 23 Noyabr 2026
80
08:47 / 23 Noyabr 2026
672
08:32 / 23 Noyabr 2026
121
08:24 / 23 Noyabr 2026
106
00:24 / 23 Noyabr 2026
202
00:11 / 23 Noyabr 2026
249
23:56 / 22 Noyabr 2026
204
23:43 / 22 Noyabr 2026
722
23:28 / 22 Noyabr 2026
706
23:26 / 22 Noyabr 2026
185
22:59 / 22 Noyabr 2026
736
22:36 / 22 Noyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.