ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - AÇIQLAMA
03 Noyabr 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
678
15.09.2026, 11:44
Sentyabrın 12-də "Böyük Saray" şadlıq sarayında baş tutan və cəmiyyətdə geniş səs-küy doğuran milyonluq toyun gəlini Sitarə Feyzullayevanın ailəsi və sərvətinin mənbəyi ilə bağlı yeni və maraqlı detallar üzə çıxıb.
Oxu24.com xəbər verir ki,NOCOMMENT.az-ın əldə etdiyi özəl məlumata görə, dəbdəbəli mərasimin baş qəhrəmanı olan gəlinin atası Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin keçmiş rəis müavini, Elgün Feyzullayevdir. Aparılan araşdırmalar zamanı məlum olub ki, Sitarə Feyzullayeva həm də respublikanın tanınmış hüquqşünaslarından biri, mərhum prokuror Bəhram Feyzullayevin nəvəsidir.
Dəbdəbəli gecədə Azərbaycan şou-biznesinin ulduzları ilə yanaşı, tanınmış türk sənətçiləri də səhnə alıblar. Belə ki, milyonluq toyda Türkiyənin məşhur müğənnisi Demet Akalın, eləcə də xalq artistləri Aygün Kazımova, Röya Ayxan və digər tanınmış sənətçilər mahnıları ilə qonaqlara unudulmaz anlar yaşadıblar.
Bəhram Bəhram oğlu Feyzullayev 1951-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra, 1973-cü ildən etibarən ömrünün 37 ilini qanunun aliliyinə həsr edərək prokurorluq sistemində fəaliyyətə başlayıb. Karyerası ərzində respublikanın bir çox şəhər və rayonlarında məsul vəzifələr tutan B.Feyzullayev Şabran, Quba və Ağdaş rayon prokurorluqlarında müstəntiq və baş müstəntiq, Gəncə Nəqliyyat Prokurorunun baş köməkçisi, Gəncə Şəhər Prokurorunun müavini, Bakının mərkəzi hissəsində Səbail rayon prokurorunun köməkçisi, Respublika Baş Prokurorluğunda istintaqa nəzarət idarəsinin böyük prokuroru, eləcə də Təşkilat və Nəzarət İdarəsinin prokuroru, həmçinin Yevlax və Şirvan şəhər prokurorunun müavini vəzifələrində çalışıb.
Uzun illər qüsursuz xidmət fəaliyyətinə görə SSRİ Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğunun müxtəlif mükafat və fərmanlarına layiq görülən Ədliyyə müşaviri Bəhram Feyzullayev 2010-cu ildə prokurorluq orqanlarından təqaüdə çıxıb. Keçmiş prokuror təqaüddə olduğu dövrdə səhhətində yaranan problemlərdən əziyyət çəkib. O, təxminən iki il öncə – 2023-cü ilin yanvar ayında müalicə üçün getdiyi Türkiyədə, 72 yaşında vəfat edib və doğulduğu Ağcabədi rayonunda torpağa tapşırılıb.
Qeyd edək ki, mərhum prokurorun nəvəsi Sitarə Feyzullayeva hazırda SOCAR-ın Dubaydakı törəmə şirkəti olan "SOCAR International DMCC"-də ticarət üzrə analitik işləyir. Ailənin hazırkı biznes şəbəkəsi Bakı və Dubay arasında qurulub. Sentyabrın 12-də "Böyük Saray" şadlıq sarayında baş tutan milyonluq toy ictimaiyyətdə müxtəlif müzakirələrə yol açsa da, bu ailənin kökündə dayanan Bəhram Feyzullayev hüquq ictimaiyyəti tərəfindən hər zaman prinsipial prokuror kimi xatırlanır.
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.