"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
209
15.09.2026, 11:02
Bu günlərdə “Elm və Təhsil” nəşriyyatında çapdan çıxan “Azərbaycan Respublikasının dil siyasəti” kitabını dilimiz haqqında yazılan fundamental elmi əsərlərin və tədqiqatların davamı kimi qiymətləndirmək olar. Kitabın müəllifi Azərbaycan Dillər Universitetinin professoru, fövqəladə və səlahiyyətli səfir Qaley Allahverdiyevdir. Müəllif “Azərbaycan Respublikasının dil siyasəti” kitabında Azərbaycan dili və dilçiliyinin tarixi köklərə malik olması, dilimizin qrammatik quruluşu, dialektləri, tarixi və leksikası xüsusiyyətlərinə qısa səyahət etməklə müasir Azərbaycanın dil siyasətini ön plana çəkmişdir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan bu kitab müstəqil Azərbayçanın elm, ədəbiyyat və dil siyasəti milli kimliyinin qorunmasına, azərbaycançılıq məfkurəsinin təşviqinə, elmi potensialın modernləşdirilməsinə və ana dilinin inkişafına xidmət edən strateji dövlət siyasətinin ana xəttini təşkil edir.Təsadüfi deyildir ki, qisa bir zaman kəsiyində nəşr olunan “Azərbaycan Respublikasının dil siyasəti” əsəri yerli və xarici şərqşünas alimlərin nəzər diqqətini özünə cəlb etmişdir. Türkdilli auiditoriya, o cümlədən, elmi-tədqiqat insititutları kitab haqqında aparılan müzakirələrə ev sahibliyi etməklə ana dilimizə olan hörmət və ehtiramlarını nümayiş etdirirlər.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi Şurasının qərarına əsasən çap olunan əsərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dili ilə bağlı fikirləri olduqca maraqlıdır. Ulu Öndərin “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, böyük gələcəyə malikdir.Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur.” fikrləri böyük əhəmiyyət kəsb edir.
Hələ 1969-cu ildən başlayaraq, Azərbaycanın dili sahəsində aparılan islahatların bünövrəsini qoyan Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atmışdı. Azərbaycan dilinin beynəlxalq münasibətlər müstəvisində gələcəkdə işlək dil mexanizminə çevrilməsi ideyasının, o cümlədən, bir çox qərar və layihələrin müəllifi məhz Ulu Öndər Heydər Əliyevin özü olmuşdur. Onun "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir", deməsi fikri hər kəsin həyat kredosuna çevrilmişdir. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşdığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində, Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilmişdi. Bu, dilimizə qarşı olan sevgi və məhəbbətin təntənəsi idi. Məhz həmən ildən Azərbaycan dilinin tarixi fundamental şəkildə ilk dəfə olaraq araşdırılmağa balamışdır və ilk dəfə "Müasir Azərbaycan dili" kitabları nəşr olunmuşdur. Çünki bu dilin Həsən bəy Zərdabidən və "Əkinçi"dən qalan zəngin ənənələri vardır.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdi.
1 Avqust Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Fərman imzalandı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yol açıldı. Daha sonra Ulu Öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir.
2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım da atılmışdır. "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən Mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm", deyə Ümummilli Lider Heydər Əliyev bildirmişdir.
Nəşrdə dil siyasətinin əsas istiqamətləri və bu siyasətin müxtəlif dövrlərdə həyata keçirilməsi ilə bağlı məsələlərə geniş yer verilmişdir.
Kitabın ön söz müəllifi akademik Nizami Cəfərov nəşri yüksək qiymətləndirərək Azərbaycan dilinin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır.
“Azərbaycan Respublikasının dil siyasəti” kitabının müllifi professor və diplomat Qaley Allahverdiyevi ürəkdən təbrik edir, dilimizin qorunması naminə başladığı bu şərəfli və müqəddəs işdə ona uğurlar arzulayıram.
03:05 / 13 Oktyabr 2026
36
01:20 / 13 Oktyabr 2026
102
00:44 / 13 Oktyabr 2026
686
00:38 / 13 Oktyabr 2026
174
00:35 / 13 Oktyabr 2026
507
00:33 / 13 Oktyabr 2026
120
00:13 / 13 Oktyabr 2026
146
00:08 / 13 Oktyabr 2026
286
00:07 / 13 Oktyabr 2026
213
00:05 / 13 Oktyabr 2026
160
23:56 / 12 Oktyabr 2026
112
23:49 / 12 Oktyabr 2026
207
23:46 / 12 Oktyabr 2026
988
23:32 / 12 Oktyabr 2026
145
23:25 / 12 Oktyabr 2026
122
23:17 / 12 Oktyabr 2026
163
23:16 / 12 Oktyabr 2026
125
23:14 / 12 Oktyabr 2026
219
23:04 / 12 Oktyabr 2026
99
23:04 / 12 Oktyabr 2026
1319
23:01 / 12 Oktyabr 2026
151
22:54 / 12 Oktyabr 2026
148
22:43 / 12 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.