Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2172
12.09.2026, 09:27
Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərpa olunan enerjinin məişətdə daha geniş istifadəsinə və vətəndaşların enerji istehsalında iştirakına imkan yaradır. Azərbaycanda da fərdi evlərdə günəş panellərinin quraşdırılmasına və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsinə hüquqi imkan yaradılıb.
Bəs ölkəmizdə vətəndaşların artıq elektrik enerjisini dövlətə sataraq real gəlir əldə etməsi nə dərəcədə mümkündür?
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan deputat Vüqar Bayramov deyib ki, vətəndaşların bərpa olunan enerjidən istifadə etməsi artıq bir sıra ölkələrdə tətbiq olunur:
“O cümlədən qardaş Türkiyədə, Özbəkistanda və digər ölkələrdə bu sistem artıq mövcuddur. Azərbaycanda da bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi həyata keçirilib. Bununla bağlı qanunvericiliyə xeyli dəyişikliklər edilib. Son dövrlərdə, xüsusilə yaşıl enerjidən istifadə ilə bağlı qanunvericilik əhəmiyyətli şəkildə təkmilləşib”.
V.Bayramovun sözlərinə görə, Azərbaycanda da bu praktikadan istifadə etmək mümkündür:
“Çünki ölkəmizdə günəş və külək enerjisindən istifadə imkanları böyükdür. Vətəndaşlarımızın, məsələn, günəş panelləri quraşdıraraq günəş və külək enerjisindən istifadə etməklə öz enerji istehlakını təmin etməsinə imkan var. Bu, bir tərəfdən həmin vətəndaşlar üçün dayanıqlı enerji təminatı deməkdir”.
Deputat bildirib ki, hətta bəzi ölkələrdə vətəndaşlar əldə etdikləri enerjinin bir hissəsini dövlətə satırlar və həmin sistem ümumi enerji sisteminə inteqrasiya olunur:
“Nəticədə vətəndaş bir tərəfdən öz istehlakı üçün enerji istehsal edir, digər tərəfdən isə həmin enerjinin bir hissəsini satmaqla gəlir əldə edə bilir. Biz bu praktikaların Azərbaycanda da tətbiq edilməsi ilə bağlı təkliflərimizi təqdim etmişik. Düşünürük ki, bu, Azərbaycan üçün də məqbul hesab oluna bilər”.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.