Ulduz falı: 15 noyabr, 2026-cı il
14 Noyabr 2026, 21:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
319
10.09.2026, 18:13
Sentyabrın 6-da keçirilən buraxılış və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən Oxu24.com-a verilən məlumata görə, imtahanda iştirak edən şagirdlər bu linkə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.
Azərbaycan dili (dövlət dili kimi) imtahanının iştirakçıları isə buradan imtahan nəticələrini öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 11 sentyabr saat 10:00-dan 12 sentyabr saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.
Qeyd edək ki, DİM 6 sentyabr 2026-cı il tarixində cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirib.
21:55 / 14 Noyabr 2026
1
21:32 / 14 Noyabr 2026
56
21:22 / 14 Noyabr 2026
87
21:11 / 14 Noyabr 2026
382
21:04 / 14 Noyabr 2026
240
21:02 / 14 Noyabr 2026
90
20:56 / 14 Noyabr 2026
91
20:50 / 14 Noyabr 2026
99
20:38 / 14 Noyabr 2026
101
20:23 / 14 Noyabr 2026
914
19:54 / 14 Noyabr 2026
95
19:50 / 14 Noyabr 2026
102
19:36 / 14 Noyabr 2026
1581
19:15 / 14 Noyabr 2026
137
19:12 / 14 Noyabr 2026
130
19:05 / 14 Noyabr 2026
122
18:50 / 14 Noyabr 2026
131
18:43 / 14 Noyabr 2026
138
18:21 / 14 Noyabr 2026
885
18:09 / 14 Noyabr 2026
145
18:06 / 14 Noyabr 2026
575
18:03 / 14 Noyabr 2026
121
17:18 / 14 Noyabr 2026
238
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.